Dəb
Dünya şöhrətli modelyer pandemiyanın modaya təsirini şərh etdi
Nyu-York Moda Həftəsi sentyabr ayına planlaşdırılır, ancaq Maykl Kors artıq moda marafonunda iştirak etməkdən imtina edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, brend 2021-ci ilin yaz kolleksiyasını oktyabr-noyabr aylarının ortalarında nümayiş etdirməyi planlaşdırır.
“Uzun müddətdir düşünürəm ki, moda təqvimində dəyişikliklər lazımdır. Moda ictimaiyyətinin bu mövzuda açıq dialoqunu görməkdən məmnunam: Corcio Armanidən, Diros Van Notemə qədər bir çox tanınmış dizayner həmfikirdir. Prosesi yavaşlatmaq və dizaynerlərin işini daha rahat etmək yollarını müzakirə edirik. Baş verənləri təhlil etmək üçün hamımızın vaxtımız oldu və düşünürəm ki, çoxları yeni bir dövrün başlaması ilə razılaşacaq.
Koronavirus pandemiyası həyatın bütün sahələrini format etdi. Moda dükanları bağlı olduğu müddətdə dünyada baş verənlərə görə insanlar əzab çəkirdi, sözsüz ki, dizayner geyimlərini onlayn qaydada sifariş etməyə tələsmirdilər” , - Maykl Kors bildirir.
Kors əmindir ki, markaların özləri kimi müştərilərin də zamana ehtiyacı var. Yay şousunu hətta bir ay gecikdirmək malların butiklərə göndərilməsi və çatdırılması arasındakı vaxtı xeyli azaldır.
“90-cı illərin sonlarına qədər Parisdəki şoulardan sonra Nyu-Yorkdakı yaz kolleksiyaları oktyabrın sonundan noyabrın əvvəlinə qədər nümayiş olunurdu. “Bu onilliklər boyu belə bir dəb təqvimi olub, hər şey problemsiz işləyirdi ” , - dizayner xatırladıb.
Qeyd edək ki, “Michael Kors Collection” ildə iki kolleksiya buraxacaq: yaz-yay və payız-qış. Heç bir kruiz şousu və mövsümlər arası kolleksiyalar olmayacaq: odur ki, dizaynerin qənaətincə, satışa yanaşma daha asanlaşdırılmış olacaq.
Aytən Məftun
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?















.jpg)




.jpg)


















