Dəb
Dünyanın ən bahalı çantaları YARI QİYMƏTƏ - FOTO
Dünyanın ən bahalı çantaları pandemiya nəticəsində yarı qiymətə düşüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Hermes” çantalarının dəyəri karantin müddətində əhəmiyyətli dərəcədə dəyişib. “Knight Frank” analitikləri qiymətin iki dəfə aşağı düşdüyünü, tələbin isə əhəmiyyətli dərəcədə dəyişdiyini açıqlayıb.
Son üç il ərzində əfsanəvi “Hermes” çantaları hərraclarda müntəzəm olaraq satış qiymətlərini yeniləyirdi, bu modellərə diqqəti cəlb etməkdə influserlər mühüm rol oynayırdı. “Hermes”in xüsusilə “Birkin” və “Lizard Ombre” modelləri maraq doğururdu. Ancaq bu bazarı sabit adlandırmaq olmaz: indi kolleksiyaçılar müştərilərin auksionda yalnız əla vəziyyətdə olan məhsulları alacağına əmindirlər. Karantin şəraitində çantaları şəxsən yoxlamaq mümkün deyildi - analitiklər qiymətlərin kəskin azalmasını bununla əlaqələndirir. Moda ekspertləri bildirib ki, lüks mallara münasibət bütün dünyada dəyişir.
“Məhdud kolleksiyadan olan “Hermes Himalaya Birkin” ümumiyyətlə 200 min dollardan çox qiymətə satılırdı, lakin 1 iyun tarixindən etibarən “Sotheby's”da 85-100 min arasında olsa da, alıcı tapmayıb. Alıcılar açıq-aydın 100 min dolları bu çantalara xərcləməyə hazır deyil”, - “Art Market Research” tədqiqat şirkətinin direktoru Sebastian Duti deyib.
“Əvvəllər “Hermes” məhsulu lüks məhsullar içində ən yaxşı investisiya hesab olunurdu. Lüks çantalara ən çox tələbat Uzaq Şərqdə uzun müddətdir müşahidə olunurdu”, - “Knight Frank” xarici daşınmaz əmlak və özəl investisiya departamentinin direktoru Marina Şalaeva bildirib.
Aytən Məftun
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?















.jpg)




.jpg)


















