Dəb
Payızın ən dəbli şalvarları - FOTO
Bu il dizaynerlər yeni kolleksiyalar yaradarkən rahatlığa və praktikliyə üstünlük verib. Odur ki, gözəllik və rahatlığın dəbli vəhdəti qarşımıza daha çox çıxacaq.
Publika.az xəbər verir ki, boş enli şalvarlar yeni dəb trendinin bariz göstəricilərindəndir. Bu cür kişi kəsimi əksinə, görünüşə qadınlıq və zəriflik verir. Bununla birlikdə, geniş şalvarlar bədən quruluşunda bir çox qüsurları örtməyə imkan verir. Boyunuz hündür deyilsə, narahat olmağa dəyməz, vəziyyətdən çıxış yolu həmişə var - onlar hündürdaban ayaqqabılarla birləşdirilməli və şalvarın balağı dabanın ortasına qədər örtməlidir. Yaxud da ayaqları vizual olaraq uzun göstərən şaquli zolaqlı modellər seçilməlidir.
Payızda qalın parçalara üstünlük verməlisiniz: məsələn, yeni mövsümdə məxmər və ya az dəri modellər aktual olacaq. Gündəmin əsas çalarlarında qırmızı və ənənəvi qəhvəyi dəri palazzo şalvarlar dayanır. Dizaynerlər payızda dəri dəstlər geyinməyi tövsiyə edər, odur ki, obrazı dəri gödəkçə, palto və ya pencəklə birləşdirə bilərsiniz. Payız mövsümündə boz klassik qara rəngin hakimiyyətini əlindən alacaq. Bozun 50 çalarına bütün geyim və aksessuarlarda görmək olar, o cümlədən şlavarlarda. Boz şalvarları istənilən rəng palitrası ilə uzlaşdırmaq asan olacaq. Odur ki, onlar qarderobun universal baza geyimi siyahısında liderdir.
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək





















.jpg)


















