Dəb
Baharın ən incə trendləri - FOTO
Moda son illərdə həmişəkindən daha çoxqütblü görünür. Tamamilə əks tendensiyalar eyni dərəcədə populyarlıq qazanır. Kiçik və nəhəng çantalar, monoxrom və parlaq printlər, bər-bəzəkli, biserli donlar və rahat ev paltarları təəccüblü şəkildə yeni trendlərin siyahısında yer alır. Trendlərin bu qədər qarışıq olmasının səbəbi, bəlkə də, dünyanın pandemiya fonunda təəccüblü dərəcədə müxtəlif və ziddiyyətli olması ilə izah edilə bilər. Görünür, tarixin ən qeyri-adi vaxtında yaşayırıq. Bu cür maraqlı digər dixotomiya neon və pastel çalarlarının aktuallığıdır. Rəngi və yaratdığı əhval-ruhiyyəsi tamamilə əks olsa da, eyni trenddə bir-birilə uyğunlaşmağı bacarır. Ancaq bu gün onlardan yalnız incə pastel versiyalarına diqqət yetirəcəyik.
Publika.az xəbər verir ki, pastel rəngləri baharda ən az çiçək printləri qədər dəbə minir. Hər il podiumlarda bunların fərqli versiyaları ortaya çıxır. Dizaynerlərin ötən ilin sentyabrında nümayiş etdirdiyi yaz-yay kolleksiyalarında da bütün zefir çalarlarının qiyamını bir daha gördük. Yenə də bu texnikada bəzi dəyişikliklər izlənilə bilər.
Birincisi, 2021-ci ilin yazında təkrənglik mütləq üstünlük təşkil edir. Dizaynerlər təkid edirlər ki, zərif konfet çalarları geyinirsinizsə, o zaman başdan ayağa qədər yeganə rəng olmalıdır! Ən azı məşhur markalar bizi buna inandırır, odur ki, belə böyük moda evləri ilə mübahisə edə bilmərik.
İkincisi, bütün pastel çalarları arasında çəhrayı üstünlük təşkil edir. Kim nə desə də, çəhrayı ən romantik rəng olaraq qalacaq. Bu da təsadüfi deyil - baharda ürək həmişəkindən daha çox romantikaya ehtiyac duyur. Stilistlər də dəb şoularındakı kimi çəhrayı dəstlər geyinməyi tövsiyə edir. Bir sözlə, “çəhrayı həyat” önümüzdəki 6 ay ərzində əsas şüarınıza çevrilməyə iddialıdır.
Lakin başdan ayağa çəhrayı geyinmək sizin üçün çoxdursa, açıq sarı, nanə yaşılı və ya açıq mavi üzərində dayanmaq və trenddə qalmaq olar.
Aytən Məftun
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar























.jpg)















