Dəb
Kostyum şousunda göz qamaşdırdılar - FOTO
Pandemiya səbəbilə keçən il təxirə düşən Met Gala Kostyum İnstitutu nəhayət geri dönüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məlum səbəblərə görə, ləğv edilən şounun bu il sentyabrın 13-dən 14-nə keçən gecə keçirilməsinə qərar verilib. Tədbirin builki mövzusu “Amerikada: Moda Leksikası”dır. Qonaqların dəvətnamələrində geyim kodu daha aydın göstərilir - Amerika müstəqilliyi. Amerikalı dizaynerlərdən ən azı kovboy papaqlarından Azadlıq heykəlinin taclarına və Amerika bayrağının rənglərində ölkənin dəbini nümayiş etdirən kostyumlar gözləyirdik. Ancaq ildən-ilə Met Gala qonaqları iki qrupa bölünür: bəziləri elan edilmiş geyim koduna ciddi riayət edir, digərləri isə laqeyd yanaşır. Bu dəfə hər ikisi kifayət qədər idi. İstənilən halda, Amerika üslubunun müxtəlifliyi dəb şousunda yenə öz sözünü deyirdi. Bu il ilk dəfə olaraq “Vogue” birbaşa saytda canlı yayım keçirib, qonaqları aktrisa Keke Palmer və komediya ustası İlana Qlazer qarşılayıb.
Axşamın bəlkə də ən gözlənilən çıxışı Rihannanın idi. Xatırlatmaq yerinə düşər ki, Met Gala tarixində ən təəccüblü obrazların sahibi məhz odur. Adətən geyim koduna maksimum dərəcədə əməl edən diva bu dəfə öz qaydaları ilə oynamağa qərar verib. O, qırmızı xalıya “Balenciaga” kutyure kolleksiyasından qotik qara geyimdə çıxıb. Ulduzu tədbirdə reper sevgilisi A$AP Rocky müşayiət edib, bu, onların birlikdə ilk rəsmi çıxışı olub.
Gecənin mövzusuna sadiq qalmağa qərar verənlər də kifayət qədər olub. Cennifer Lopez, Şeron Stoun, Kara Delevin, Billi Eiliş, Cidi Hadid, Meqan Foks və başqaları seçimləri ilə gecədə göz qamaşdırmağa nail olub.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)
















