Dəb
Azərbaycanlı dizaynerin kolleksiyası dünyada böyük rezonans doğurdu - FOTO
Azərbaycanlı dizayner Rüfət İsmayılın Amerika Moda Həftəsində nümayiş olunan “Haute Couture Sumakh” kolleksiyası böyük heyranlıq doğurub.
Publika.az xəbər verir ki, ötən həftə Amerikada keçirilən moda nümayişlərində iştirak edən həmyerliyimizin yeni kolleksiyası özündə Azərbaycan xalçaçılıq sənətinin bənzərsiz çalarlarını özündə əks etdirib.
Azərbaycan dövlət muzeyində qorunan və nümayiş etdirilən mədəniyyət irsi olan tarixi xalçalardan ilham alan dizaynerin yaratdığı “Sumax” kolleksiyasının nümayişində başda tanınmış model Günay Musayeva olmaqla 21 model podiuma çıxıb. Kolleksiyanın 3 ay ərzində 30 nəfərlik komanda tərəfindən ərsəyə gətirilib. “Sumax” kolleksiyasında nadir parçalarda öz əksini tapıb. Bu bənzərsiz parçaların 80%-dən çoxu yarıqiymətli daşlar, iplər, köhnə rokoko texnikaları, qarmaqla sarma üsulları ilə bəzədilmiş əl işlərindən ibarətdir.
Dəfilədə diqqət çəkən əsas məqamlardan biri də modellərin podiuma çatmaqaş daxil olmasıdır. Məşhur Azərbaycan xalçalarının zəngin irsini geyimlərinə köçürən dizaynerin modelləri podiuma çatmaqaş çıxartması təsadüfi deyil. Xalqın milli-mənəvi dəyərlərinə söykənən Rüfət İsmayıl xanımlarımızın qədim zamanlarda ailə qurana qədər qaşlarını almamasına işarə edərək onların özünəməxsusluğunu ortaya çıxarıb.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)
















