Dəb
90-cı illərin dəb ikonu 54 yaşında - FOTO
Boy-buxunu ilə bədən ölçüləri Culiya Robertsə istənilən fasonu sınaqdan keçirməyə icazə versə də, dünya şöhrətli kino ulduzu həmkarlarından fərqli olaraq sadəliyə qaçır. Boş və rahat stilin böyük pərəstişkarları arasında Culiya liderlik edir. Hətta deyərdim ki, əfsanəvi fransız dizayneri Koko Şaneldən sonra geyimdə azadlığı onun qədər təbliğ edən ikinci bir məşhur tapa bilmərsiniz.
Publika.az xəbər verir ki, “Gözəlçə” filminin təkrarolunmaz divası bu gün 54 yaşını qeyd edir. Bu rəqəmə inanmaq çətindir, çünki Roberts hələ də isti təbəssümü ilə qırmızı xalçada göz qamaşdırmağa davam edir, yeni layiqli rollarla hər kəsi sevindirir və gözəl qocalmağın da mümkün olduğunu göstərir. Doğum günü münasibəti ilə Robertsin şöhrətin zirvəsində olduğu 90-cı illərdə ən yaddaqalan obrazlarını vərəqlədik. Və məlum oldu ki, ondan həqiqətən öyrənəcəyimiz çox şey var.
Culiya Roberts heç vaxt seks simvolu olduğunu iddia etməyib. Hətta bütün kişilərin aşiq olduğu “Gözlçə” filmindəki Erin Brokoviç rolu da ifaçının imicinə təsir edə bilməyib. O, 1990-cı ildə “Polad maqnoliyalar” filmindəki böyük kişi kostyumunda oynadığı rola görə arzuladığı mükafatı aldı - bu aktrisanın bəlkə də ən məşhur obrazıdır. 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində o, öz üslubu və dəb cərəyanları arasında ortaq maraqlar tapmağa çalışanda da qaydaları pozmaqdan qorxmurdu: çılpaq bədəninə jilet, həcmli sviter-paltar, çiçəkli sarafanlar və kobud çəkmələr geyinirdi.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















