Dəb
2021 CFDA moda mükafatları təqdim olundu - FOTO
Nyu-Yorkda “CFDA Fashion Awards” mükafatının təqdimetmə mərasimi keçirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “CFDA Fashion Awards” moda dünyasında ən önəmli tədbirlərdən biridir. Bu ilin ən yaxşı dizaynerləri mükafatlarını Demna Qvasalia, Kristofer Con Rocers və Telfar Klemens alıb. Mükafatlandırmadan əvvəl isə xalıda ulduz qonaqlar ən yaxşı geyimləri ilə göz qamaşdırıblar. Anya Teylor-Coy, Zendaya, Emili Ratakovski, Kara Delevinge, Emili Blant və başqaları gecənin ən parlaq ulduzları olub.
Həmişə olduğu kimi, bütün diqqətlər Zendaya üzərində cəmlənib: o, nəinki tarixdə “Style Icon” mükafatının ən gənc qalibi olub, həm də peplumlu uzun yubkadan ibarət parlaq qırmızı “Vera Wang” libası ilə göz oxşayıb. Təbii ki, gecəni brilyantsız təsəvvür edə bilmərik. O, bu qəribə geyimini boyunbağı və bilərziklə tamamlayıb.

“İlin siması” mükafatını qazanan Anya Teylor-Coy da çox dramatik bir görünüşdə olub. O, bənövşəyi “Oscar de la Renta” kostyumu tüllü bəbir papağı və eyni əlcəklərlə tamamlayıb. “Tiffany & Co” kolleksiyasından taxdığı boyunbağı isə obrazı vurğulayan bahalı detal rolunda çıxış edib.

Gecənin digər təsiredici obrazı Emili Ratakovskiyə məxsusdur. O, tədbirə “Miu Miu”nun yeni yaz-yay kolleksiyasından ultra-qısa top və çox aşağı belli yubkada qatılıb.
Podium ulduzunun belə bir geyim seçməsi təsadüfi xarakter daşımır, qarın əzələlərini onlarla kamera qarşısında nümayiş etdirməlidir, ya yox?
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















