Dəb
Qarabağ kolleksiyası Rusiyanın məşhur şousunda - VİDEO
Azərbaycanlı dizayner Rüfət İsmayılın “Sumax” adlı kolleksiyası Rusiyanın aparıcısı Aleksandr Vasilyev olduğu “Modnom Priqovere” verilişində nümayiş olunub.
Publika.az xəbər verir ki, Dizaynerin kolleksiyasının təqdimatında baş model Günay Musayeva olub. Dünya şöhrətli dizayner bildirib ki, bu kolleksiya onun üçün xüsusilə dəyərlidir:
"Bu kolleksiyada biz xalça ornamentlərindən istifadə etmişik, çox mürəkkəb əl işləridir, onun üzərində 4-5 ay işləmişik. Bu prosesə çoxlu işçi cəlb olunmuşdu. Hesab edirəm ki, nəticədə çox gözəl iş alınıb. Burada həm Qarabağ, həm də digər bölgələrin xalça naxışları yer alıb. Hər xalça naxışlarına çox ehtiyatla yanaşır və özəlliyini itirməməsinə çalışırdı".
O, aparıcının "Sizin üçün qəlbləri fəth edən müasir qadın necə olmalıdır" sualına isə belə cavab verib: "O, zövqü olan güclü bir qadındır. O, diqqət mərkəzində olmağı xoşlayır, bununla bərabər özünü çox komfortlu hiss edir".
Qeyd edək ki, “Sumax” kolleksiyasında R. İsmayıl Azərbaycan xalçalarından, o cümlədən Qarabağdan ilhamlanıb. Kolleksiya ilk dəfə 2021-ci ilin oktyabr ayının əvvəlində Parisdə Moda Həftəsi çərçivəsində təqdim olunub.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















