Dəb
Ulduzların qırmızı xalıda dəb yarışı - FOTO
Dünən İstanbulda keçirilən “Altın Kelebek” mükafatlandırma mərasimi bir çox hadisələrlə yadda qalıb.
Publika.az Türkiyə mətbuatına xəbər verir ki, tədbir başlamazdan əvvəl ulduzlar qırmızı xalıda fotoqraflara pozalar verib. Kino, serial, televiziya və musiqi dünyasının ən yaxşılarının mükafatlandırıldığı gecədə zəriflik yarışı baş tutub.
Hadisə, Melis Sezen, Gökçe Bahadır, Ezgi Mola, Ahsen Eroğlu, Demet Özdemir, Raçel Araz, Ece Üner, Demet Akbağ, Melisa Şensol, Hande Subaşı və başqaları gecəboyu təmtəraqlı libasları ilə göz qamaşdırıb.
Cem Davran və Çağla Şikelin aparıcısı olduğu gecədə müxtəlif kateqoriyalar üzrə qaliblər açıqlanıb.
Merve Dizdar və Ezgi Mola “Ən yaxşı qadın aktyor”, Çağlar Ertuğrul isə “Ən yaxşı kişi aktyor”, “Camdaki kız” serialı “Ən yaxşı serial”, aparıcı Müge Anlı həm “Ən yaxşı gündüz proqramı”, həm də “Ən yaxşı qadın aparıcı” mükafatına layiq görülüb.
“TV 8” kanalının rəhbəri Acun Ilıcalı “Ən yaxşı kişi aparıcı” seçilib.
Mərasimdə “Ulduzu parlayanlar” kateqoriyası üzrə Ahsen Eroğlu, Cemre Baysel və Melis Sezen mükafat alıb.
“Ən yaxşı qadın müğənni” Hadisə, “Ən yaxşı kişi müğənni” kateqoriyası isə üzrə Edis qalib seçilib.
“Ən yaxşı romantik komediya serialı” Kerem Bürsin və Hande Erçelin rol aldığı “Sen çal kapımı” olub.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















