Dəb
Hər rakursdan möhtəşəm görünməyi bacaran kraliça - FOTO
Madriddə İspaniya Olimpiya komandasının şərəfinə qala gecəsi keçirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gecədə iştirak edən İspaniya Kralı VI Filipp və xanımı Kraliça Letisiya ölkəni Tokio Olimpiadasında təmsil edən idmançılarla görüşüblər.
Monarxlar olimpiyaçılara dövlət mükafatlarını təqdim edib və onlara minnətdarlıqlarını bildiriblər.
Kraliça nəinki zərif zövq duyumuna malikdir, həm də güclü tərəflərini çox yaxşı bilir. Məsələn, miniatür ispan qadını haqlı olaraq cazibədar çiyinləri və incə ayaqları ilə fəxr edir və onları demək olar ki, hər çıxışında məharətlə vurğulayır. İspaniya Olimpiya komandasının şərəfinə keçirilən qala gecəsi də istisna deyildi.
Qala gecəsi üçün kral xanımı “Nina Ricci” imzalı kostyum seçib. Obrazını tünd göy rəngli klassik itiburunlu stiletto ilə tamamlayan kraliçanın brilyant sırğaları və minimalist bilərziyi isə onun gözəlliyini xüsusilə vurğulayıb.
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ

















.jpg)





.jpg)















