Dəb
Məşhurların qırmızı xalıda heyranedici çıxışları - FOTO
Bu dəfə Kann şölənində iştirak edən xarici sənət adamlarından deyil, qırmızı xalıda gözqamaşdıran türkiyəli ulduzlardan danışırıq.
Publika.az xəbər verir ki, dünən Türkiyənin “Elle” jurnalının “Stil mükafatlandırma” (Style Awards 2022) gecəsi baş tutub.
Gecədə özünəməxsus üslubu ilə ilham verən məşhurlar mükafatlandırılıb. “Elle” Türkiyə komandası və “M.A.C Cosmetics”in birgə təşkilatçılığı ilə keçirilən gecə “Rənglərinizi öz üslubunuzla, cəsarətlə və ehtirasla göstərin” şüarı ilə baş tutub. Elə bu səbəbdən də qonaqların bir çoxu rəngli geyinməyə üstünlük verib.
Gecədə Serenay Sarıkaya, Hande Erçel, Aybüke Pusat, bloger Duygu Özaslan, və Danla Biliç, həmçinin Afra Saraçoğlu, Yasəman Öğün, Şükrü Özyıldız, Şevval Şahin, Berrak Tüzünataç, Özge Ulusoy, Dila Tarkan, Aslı Bekiroğlu, Boran Kuzum, Beren Saat, Kenan Doğulu və başqaları iştirak edib. Qaliblər siyahısında adı olmasa da, gecədə qara bol kəsimli parlaq şalvar və eyni rəng jileti maraqlı bir kombin yaradan aktrisa Beren Saat olub. Saçını yuxarıdan toplaması aktrisanın boyunu vizual göstərən uğurlu seçim olub.
Tədbirin əsas qalibi seçilən Gülşənin gecədə geyindiyi mavi libası və saç stili isə bəyənilməyib. Halbuki, ilboyu konsertlərdə geyindiyi səhnə kostyumları bir-birindən cəlbedici və uğurlu alınırdı.
Qaliblər siyahısı
Pınar Dəniz “İlin dəbli aktrisası”
Boran Kuzum “İlin ən dəbli aktyoru”
Edis “İlin dəbli musiqiçisi”
Başak-Defne Kocabıyıkoğlu “İlin dəbli iş adamı”
Haluk Aakce “İlin dəbli sənətçisi”
Gülşən “İlin stil ikonu”
Zəhra Günəş “İlin dəbli idmançısı”
Hande Erçel “Elle İlin jurnal üzü qızı”
Böyük Onal “İlin üslub kəşfi”
Bige Önal “İlin modeli”
Serenay Sarıkaya & Bvlgarı “İlin Brend İşbirliyi”
Lamia Aydın və Esra Gulmen “İlin kolleksiyası”
Raısa Vanessa “İlin dizayneri”
Ceylin Türkkan Bilge “İlin inkişaf etməkdə olan dizayneri”
Yasemin Ogun “İlin Moda influenceri”
“Klüp” serialı “İlin Rəqəmsal Layihəsi”
-
Hadisə18:00Ağcabədidə dəhşətli qətl: Ər arvadını balta ilə doğradı
-
MDB17:41Məşhur aktrisanı maşın vuraraq öldürdü
-
Elm və təhsil17:22Əməkdar həkimə vəzifə verildi - Foto
-
MDB17:09Turistlər dəhşətli meşə yanğınını belə törətdilər - Video
-
İdman15:54Ronaldo bir dəfə saunada bədənini göstərib soruşdu ki… - Antoni
-
Ekologiya15:46Hava ilə bağlı xəbərdarlıq
-
Hadisə15:30Vəfat edən həkimin ölüm səbəbi məlum oldu - FOTO
-
Hadisə14:34Azərbaycanda çay şirkətinin rəhbəri qəfil vəfat etdi








.jpg)

.jpg)



















.png)

.jpg)






