Məşhur brendin balaca emalatxanadan başlayan UĞUR HEKAYƏSİ - FOTO
Bizi izləyin

Dəb

Məşhur brendin balaca emalatxanadan başlayan UĞUR HEKAYƏSİ - FOTO

İtaliyanın məşhur ayaqqabı və aksessuarlar brendi “Tod's” müasir moda sahəsində dünya liderlərindən biridir. Hər şey Filippo Della Vallenin 1920-ci illərin əvvəllərində İtaliyada açdığı kiçik ayaqqabı emalatxanası ilə başladı. İyirmi ildən sonra kiçik emalatxana şirkətə çevrildi və Filipponun rəhbərliyi onun oğlu Dorino Della Valleyə keçdi. 1975-ci ildə ailənin üçüncü nəsli olan Diyeqo Della Vella ailə biznesinə qoşuldu. Həmin vaxta qədər şirkət “Krizia”, “Ferre”, “Calvin Klein”, “Fendi” və s. kimi tanınmış moda evləri üçün ayaqqabı istehsalı ilə fəal məşğul olurdu. Uğurlu biznes inkişaf etdirilməsi nəticəsində satışlar Avropada və hətta ABŞ-da genişləndi. Odur ki, Della Valle ailəsinin bütün üzvləri fabrikin idarə edilməsinə cəlb edildi. Çox keçmir ki, brend öz adı altında buraxdığı mokasinləri ilə modapərəstlərin diqqətini çəkə bilir. Bəs bu ayaqqabıların özəlliyi nədə idi?

Publika.az oxucuları “Tod's” brendinin yaranma hekayəsi ilə tanış edib.

Tezliklə Diyeqo və Dorino “JP Tods” adı ilə öz şirkətlərini yaratmağa qərar verirlər. Təsisçilər şirkətin adını Bostonun telefon kataloqundan götürmüşdü, çünki bu, dünyanın bütün dillərində ahəngdar və coşğulu səslənirdi. Fəaliyyətinin ilk onilliyində şirkətin öz məhsulu yox idi. Odur ki, Filipponun oğulları brendin adı altında mokasinlər istehsal etməyə başlayırlar. Çox keçmir ki, məşhur mokasinlər markanın vizit kartına çevrilir.

“Biz istehsal və satışda, Avropada, o cümlədən ABŞ-da aktiv idik. Bununla belə intuisiyam mənə öz brendini yaratmağın vaxtı gəldiyini söylədi. Mən yüksək keyfiyyətli, eyni zamanda zövqlü məhsul yaratmaq barədə düşünürdüm. Nəticədə mokasin kimi belə bir universal model üzərində dayandıq, bütün italyan ehtirasını ortaya qoyduq, sınaq versiyasının yaradılmasına çox ciddi yanaşdıq. “Tods” mokasenləri dünyanın ən rahat ayaqqabısı olmaq üçün yaradılmışdı, dizaynerlər onları istehsalın ilk mərhələlərində belə görürdülər. Yeni mokasinlər yalnız əl ilə, yüksək keyfiyyətli materiallardan hazırlanmalı idi. Sonradan əfsanəyə çevrilən tikanlı altlıq ideyası o qədər mükəmməl idi ki, orijinal versiyada saxlanıldı”, - Diyeqo Della Vella müsahibələrinin birində dilə gətirib.

src="/storage/files/upload/Diego-Della-Valle-credit-Emanuele-Scorcelletti-lr-1-992x558-1.jpg" alt="Tod's CEO Della Valle Puts Polish On Luxury Shoe Brand's China Growth Strategy" class="fr-fic fr-dii">

1978-ci ildə Diyeqo o dövrün ən innovativ texnologiyalarından istifadə etməklə yaradılmış ilk “Tods” mokasinləri ilə dünyanı tanış etmişdi. 1980-ci ildə şirkətin idarəçiliyini Diyeqo Della Valle təhvil aldı.

“Tods” kişi mokasinlərinin ilk versiyaları xüsusilə sürücülər arasında məşhur idi. Avropada sürücülərdən sonra ilk dəfə mokasini “Fiat” avtomobil istehsalçısı Canni Anelli İtalyan televiziya şousunda geyinmişdi. “Tods” qadın mokasenləri isə dövrünün stil ikonası - Odri Hepburn sayəsində məşhurlaşdı. Tezliklə brend dünya şöhrəti qazandı. Üstəlik “Tods” mokasinləri təkcə hər gün deyil, həm də rəsmi görüşlər üçün əlveişli ayaqqabıya çevrilmişdi. Tikanlı mokasinlər indiyə qədər müasir dünyada öz aktuallığını itirməyib və orijinal altlığı olan yumşaq ayaqqabılar həm gündəlik şəhər qarderobunun, həm istirahət, həm də işgüzar obrazın ayrılmaz hissəsini təşkil edir. Mokasinlər və “Tods”un digər məhsulları həm klassik, həm də gənclik üslublarında eyni dərəcədə aktualdır.

src="/storage/files/upload/1d911afedd0401a9305b8f90d042fee839acd8e9.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

Ötən əsrin 90-cı illərində brendin yeni pərəstişkarları arasına İspaniya kralı Xuan Karlos, ABŞ prezidenti Bill Klinton, məşhur aktrisa Şeron Stoun, şahzadə Diana kimi məşhur şəxslər daxil olur. Brend 1997-ci ildə məhsul çeşidini əhəmiyyətli dərəcədə genişləndirdi: buraya çantalar, kəmərlər və istənilən dəri aksesuarları da daxil idi. Elə həmin ildə şirkət düzbucaqlı formada olan və Şahzadə Diananın adını daşıyan ilk çanta modelini “D-Bag” təqdim etdi.

2006-cı ildə dizayner Derek Lam brendin art-direktoru təyin edildi. Bir il sonra Diyeqo Della Vella “Ferrari”, “Piagio”, “Cinecitta” və “Bialetti” kimi məşhur şirkətlərin səhmlərini aldı. 2009-cu ildə brend “Ferrari” avtomobil konserni ilə müqavilə imzaladı. Tezliklə “Tods” kişi mokasinlərinin üç modeli “Mascherina Griglia”, “Leccetto” və “Laccetto Tubi GT” dünyaya təqdim olunur. Bu modellər xüsusi olaraq İtaliya konserninin avtomobillərinin sahibləri üçün yaradılmışdı. Mokasinlərin ilk modeli “Ferrari 250 GTO”-nun barmaqlığı olan emblemlə, ən son modelləri isə italyan avtomobil istehsalçısının korporativ loqosu ilə bəzədilib. Tods mokasininlərinin qiymətləri 100 avrodan başlayır.

2010-cu ildə “Tod's” İtalyan markası “Marcolin” ilə müqavilə bağlayır. Həmin ildən “Tod's” günəş eynəklərinin istehsalına start verir, italyan brendi həm də La Skala teatrının rəsmi tərəfdaşı olur. Nəticədə “Tod’s S.p.A.” teatra 7,5 milyon dollar məbləğində maliyyə dəstəyi verir. Həmin ilin dekabrında holdinq Romadakı Kolizeyin yenidən qurulması və bərpasına sərf edilməli olan 25 milyon avro ayırmağı planlaşdırdığı barədə rəsmi elan etdi. 2011-ci ildə Yaponiyada zəlzələdən zərər çəkənlərə yardım üçün 1,1 milyon dollar ayıran holdinq direktorunu “Forbes” nəşri dünyanın ən zəngin iş adamları siyahısına daxil etmişdi. Nəşrin ekspertləri Diyeqo Della Vallenin sərvətini 1,3 milyard dollar qiymətləndirirdilər.

Sənətə yüksək qiymət verən Diyeqo 2012-ci il yanvarın 1-dən La Skala teatrının rəsmi qurucularından biri oldu. “ “Tod’s İtaliyanın ən böyük mədəniyyət simvollarından biri olan və bütün dünya tərəfindən heyran qalan La Skala Teatrı ilə əməkdaşlığı davam etdirəcəyini elan etməkdən məmnundur. Bu əməkdaşlıq təkcə iqtisadi artıma deyil, digər sahibkarları da ölkənin gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən belə layihələrdə iştiraka ruhlandırmaq üçün təkan olacaq” , - o, açıqlamasında bildirmişdi.

Həmin ilin mart ayında Dorino Della Valle 87 yaşında vəfat etdi. Tezliklə brendin dizayner Derek Lamdan ayrılır. Növbəti ilin mart ayında Alessandra Fakkinetti “Tod's” qadın xəttinin yeni art-direktoru təyin edilir. “Alessandra Fakinnetti inanılmaz dərəcədə istedadlı qadındır, detallara xüsusi həvəsi var, ümumiyyətlə materiallara, paltar və aksesuarların hazırlanması prosesinə diqqət yetirir”, - Diyeqo Della Valle mediaya açıqlamasında bildirib.

src="/storage/files/upload/7f69c4cdf883ea203188f5b2f3805ae50f47a59d.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

Hazırda “Tod's S.p.A.” holdinqinin prezidenti Diyeqo Della Valle, şirkətin vitse-prezidenti isə onun qardaşı Andreadır. İstehsalın rəhbəri onun əmisi oğlu Dieqodur. Ailə biznesində Dieqonun ilk evliliyindən olan oğlu da iştirak edir.

Bu gün Tod's S.p.A. hər il böyük gəlir gətirən və təkcə ayaqqabı və aksessuarlar deyil, həm də geyimlər istehsal edən böyük holdinqdir. 3400 işçisi olan şirkətin 135 milyon xalis mənfəət də daxil olmaqla 800 milyon avrodan çox satışı var. Brendin istehsalı dünya üzrə 150-dən çox butikdə təmsil olunur və “Tods” mokasinləri həmişə olduğu kimi brendin ən populyar məhsulu olaraq qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm