Məşhur əkizləri kinodan didərgin salan SƏBƏBLƏR - FOTO
Bizi izləyin

Dəb

Məşhur əkizləri kinodan didərgin salan SƏBƏBLƏR - FOTO

Meri-Keyt və Eşli Olsen bacılarının adları bizə uşaqlıqda izlədiyimiz komediya filmlərindən yaxşı tanışdır. Müasir dövrlə müqayisədə imkan və əyləncə növlərinin az olduğu dövrdə böyüdüyümüz üçün əkiz bacıların başına gələn məcaralara baxmaq ayrı bir həzz idi. Böyüdükcə ekranlardan uzaqlaşan belə istedadlı aktrisaların hara yoxa çıxması çoxları üçün hələ də qaranlıqdır. Əslində, onlar yoxa çıxmadılar, əksinə, özlərini başqa bir sahədə tapdılar: “The Row” moda brendini quran bacılar bu yolda çox sürətlə irəliləyək, hətta bir neçə dəfə İlin ən yaxşı dizaynerləri mükafatını da alıb.

Publika.az oxucuları “The Row” moda evinin yaranma hekayəsi ilə tanış edib.

Brend necə yarandı?

1986-cı ildə Los-Ancelesdə anadan olan əkiz bacıların modaya olan sevgisini film və seriallarda görmüşdük. Tədricən bu sevgi sadə bir hobbidən işə çevrildi. Olsen bacılarının ilk geyimləri 1999-cu ildə mağazalarda satışa çıxarıldı. Bu məhsullar sadəcə 4 -14 yaş arası qızlar üçün nəzərdə tutulmuşdu. Lakin bacıların dizaynerlik karyerası 2006-cı ilə təsadüf edir. Bu sahədəki çatışmazlıqları duyan əkizlər qollarını çırmalayıb işə başladılar. Müsahibələrində bacılar etiraf edir ki, lüks geyimləri tamamlayacaq sadə baza geyimləri tapmaqda çətinlik çəkirdilər. Məsələn, keyfiyyətli materiallardan hazırlanmış ağ köynəklər.

src="/storage/files/upload/16297188020f167670a255ca7eff67e1991a74e8.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

2007-ci ildə əkizlər böyük bacı və qardaşlarının şərəfinə adlandırdıqları “Elizabeth and James” brendini yaradırlar. Olsen bacılarının dəbdə yenilik şüarı ilə təqdim etdiyi moda evləri lazımi uğur qazanmadı. İctimaiyyət belə hesab edirdi ki, bu, Olsen bacılarının məşhurlaşmaq və aktyorluq karyerasına qayıtmaq üçün işlətdiyi bir fənddir. Halbuki, bacıların kino aləminə qayıtmaq kimi bir iddiası və həvəsi yox idi. Beləliklə, Meri-Keyt və Eşli yenidən özlərini sınamağa qərar verdilər. “Elizabeth və James” hələ də mövcuddur, lakin bacıların əsas hədəfi “The Row” idi. Bu dəfə onlar yeni brend üzərində gizli-gizli çalışdı. Reklam və brendin təbliğat məsələləri ikinci plana atıldı. Bacılar düşünürdü ki, əgər işləri kifayət qədər yaxşı olarsa, onsuz da reklam əldə edəcəklər. Onlar bilmək istəyirdi ki, üzərində böyük və ya lüks loqolar olmayan məhsulllara müştərilər kifayət qədər maraq göstərəcəkmi?...

“The Row” adı altında buraxılan ilk məhsul düz ağ köynəklər oldu. Lüks markalarda tapılmayan sadəlik və rahatlıq bacıların birinci əl işi idi. Çox yönlü və yüksək keyfiyyətli köynəklər diqqəti cəlb etmişdi. Onda brendin öz loqosu belə yox idi. T-shirt yalnız əllə hazırlanmış nazik qızıl zəncir detalı ilə fərqlənirdi. Əvvəlcə ilk məhsullar Los-Ancelesdəki yalnız bir butikdə təqdim olundu. Sonra bütün malları “Barneys” - mağazalar şəbəkəsi aldı. Brend belə qurulmağa başladı: addım-addım və təmkinlə.

src="/storage/files/upload/2e5ae0609b11451b3fda07fd2055c8b1c47ecc7f.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

“Satılan bir köynəkdən əldə olunan gəlirlə biz iki yenisini tikdik. Sonra “Barneys” bir məhsulları aldı və biz yenidən istehsala sərmayə qoyduq, kolleksiyanı Parisə gətirdik, satıcı tutduq ... Moda sənayesi bizə şübhə ilə yanaşırdı. Əvvəlcə çox çətin idi, elə sonra da. Amma biz bunu ürəkdən qəbul etməmişik və indi də etmirik. Əsas odur ki, kolleksiyamız satılsın. Düşünürəm ki, müştərilərimizlə sıx əlaqələr qurduğumuz üçün çox şanslıyıq. Həqiqətən hər yeni mövsüm üçün yeni istiqaməti diktə edir və konkret müştərilər üçün əşyalar yaradırıq. Biz onların gündəlik həyatının nədən ibarət olduğunu, necə və hara səyahət etdiklərini bilirik... İlin müəyyən vaxtlarında nəyə ehtiyac duyduqlarını, hansı tədbirlərə gedəcəklərini öyrənirik”.

Olsen bacıları etiraf edir ki, bir çox kolleksiyann yaradılmasında onlar məşhur rəssamların: Dali, Pikasso, Şaqall və başqalarının əsərlərindən ilham alıblar. Müxtəlif sənət əsərləri hələ də bacıların ilham mənbəyi olaraq qalır.

“The Row” minimalizmin gözəlliyi

Londonda uzun müddət kişi kostyumlarının tikildiyi Sevil Rou küçəsinin şərəfinə bacılar brendə “The Row” adını vermək qərarına gəldi. Bu, təsadüfən seçilməyib: Eşli və Meri-Keyt öz işlərində üstünlüyü kişi obrazları üçün xarakterik formalara verir. Bununla onlar mükəmməl kəsim, sadə sərt silueti təcəssüm etdirmək istəyirdilər. Onlar tendensiyaları izləmirlər, lakin minimalizmin estetikasına riayət edirlər. Geniş çiyinli pencəklər, düz kəsim platolar, boş şalvarlar “The Row” moda evinin istehsalına daxil olan əsas geyimlərdir.

src="/storage/files/upload/3a6fec9b4f949d5c9e7e02b963e2844bce4c30b7.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

Olsenlər geyim kolleksiyası ilə işə başladılar, lakin tədricən ayaqqabı, zinət əşyaları və çantalar istehsalına girişdilər. Ayaqqabılar və dəri aksessuarları paltarlar qədər mürəkkəbdir: nəhəng timsah və ya dəvəquşu çantaları, cilalanmış 3D naxışlı kiçik muftalar, köhnə döyüş çəkmələri və çox qalın başmaqlar. Olsenlər tendensiyalarla hesablaşmır - daha doğrusu, onu özləri yaradırlar. İndi brend sadəliyi, neytral çalarları və rahatlığı ilə tanınır. O, kişi geyiminin rahatlığı ilə qadın geyiminin gözəlliyi arasında mükəmməl tarazlığı tapmağa çalışır.

2018-ci ildən brendin kişi geyimləri xətti satışa çıxarılır. Nizam-intizam öz bəhrəsini verir, bir müddət sonra bacılar əsl moda imperiyası qurmağı nail olurlar. İndi Los-Ancelesdə və bir çox şəhərdə “The Row” brendinin xüsusi mağazaları var. Moda sahəsində gördüyü işlərə görə bacılar üç dəfə ilin ən yaxşı dizayneri adına layiq görülüblər.

Olsen bacılarının özləri nadir hallarda ictimai tədbirlərdə görünürlər. Müsahibədə etiraf edirlər ki, özləri bu yolu seçiblər və onlar üçün brend üzərində işləmək ictimai həyatdan qat-qat önəmlidir. Onlar vaxtlarının çoxunu buna sərf edir və “The Row”u inkişaf etdirirlər. “The Row” qeyri-trivial brenddir. Təkcə ona görə yox ki, ona iki gənc qadın rəhbərlik edir, qəhvə içmək üçün kafeyə gedən bacıların hər çıxışı paparatsilər tərəfindən izlənilir. Təsisçilər isə mətbuatdan qaçır və heç vaxt reklam kampaniyası aparmırlar. Nyu York studiyasında çox gözəl əşyaların təqdim olunduğu təvazökar təqdimatla məhdudlaşırlar.

src="/storage/files/upload/006f7d2a42489b434172dac5d85f6531773f04fb.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

Yaş və boy fərqi öz sözünü dedi

Bununla belə bacılar, xüsuilə fransız maliyyəçi Olivier Sarkozi ilə evli olan Meri-Keyt paparatsilərin qarmağına düşməkdən xilas olmur. 36 yaşlı kiçik aktrisa ilə Fransa prezidentinin 53 yaşlı qardaşı ilə 2012-ci ilin aprelində başlayan münasibəti ictimaiyyəti şoka salmışdı. 17 yaş, üstəlik, nəzərə çarpan boy fərqinə (Olsenin boyu 152 sm, Olivye isə demək olar ki, 2 metrdir!) baxmayaraq, bu, onların birlikdə yaşamasına və evlənmələrinə mane olmayıb. Lakin bu xoşbəxtlik uzun çəkməyib və ailə həyatını davam etdirə bilməyən cütlük 2020-ci ilin mayında boşanmağa qərar verib. Pandemiya səbəbiylə boşanma prosesi geciksə də, 2021-ci ilin yanvarında cütlük razılaşma əsasında yollarını birdəfəlik ayırıb. KİV-in məlumatına görə, keçmiş həyat yoldaşlarının, demək olar ki, bölüşəcək heç bir şeyi yoxdur - dizaynerin sərvəti nikahdan əvvəl yazılmış müqavilə ilə qorunur.

Olsen və Sarkozinin xoşbəxt evliliyinin kifayət qədər bayağı səbəblərdən dağıldığı güman edilir. Olivye çox istəyirdi ki, həyat yoldaşı onun üçün daha çox “əlçatan” olsun və daha az işləsin. Onu idarə etməyə çalışsa da, müqavimətlə qarşılaşıb. Olsen uşaqlıqdan çox çalışıb və özü pul qazanmağı sevirdi, ona görə də onun prioritetlərində kəskin dəyişiklik gözləmək özünü doğrultmayacaq bir məsələdir.

Bacılar arasında uğurlu əməkdaşlıq

Həyatın bu günkü gərgin tempində hərtərəfli və vasvası planlaşdırma bacıların işini başqalarından fərqləndirir. Bir-biri ilə yaxşı anlaşdıqlarını deyən Meri-Keyt şanslı olduğunu düşünür: “Biz böyük bir yük götürdük. Amma çox şanslıyıq ki, belə yaxın münasibətimiz var və bir-birimizə kömək etməyə hazırıq. Onun təkbaşına necə yaradılacağını təsəvvür etmək çətindir. Bu, bizim seçimimiz oldu. Biz belə tərbiyə edilmişik. Əgər hər şeyin mükəmməl və gözəl olmasını istəyirsinizsə, çox işləməyə hazır olun. Və inanırıq ki, nəyəsə ancaq zəhmətlə nail olmaq olar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm