Dəb
90-cı illərin aksesuarı yenidən dəbdə - FOTO
İddialı qayıdışdan sonra saç “xərçəngi” (saç sancağı) dəbli mövqelərini itirmir. Onların populyarlığı başa düşüləndir – istənilən uzunluqdakı saçlarda gözəl görünürlər, bir neçə saniyə içində saç düzümü artıq hazırdır və rezindən fərqli olaraq demək olar ki, saçlara zərər vermirlər. İstifadə variantları çoxdur.
Publika.az modapərəstlər üçün beş sadə variant təklif edir.
Yarım yığılı saçlar

Heç bir saç aksessuarına sığmayan gur saç sahibləri üçün bu saç düzümü mükəmməldir. Saçınızı iki hissəyə bölün və yuxarı hissəni sancaq ilə bərkidin.
Buruqlu toppuz

Əgər kəkilləriniz varsa, yeni bir aksesuar onları vurğulamaq üçün yaxşı bəhanədir. Saçlarınızı başınızın arxasında dağınıq toppuz halına salın. Toppuzu sancaqla bərkidin - səliqəsiz göründüyündən narahat olmayın, bu, ona yalnız romantika qatacaq.
Zərif toppuz

Qalın saçlılar arasında ən populyar seçimdir. Xüsusi bir geldən istifadə edərək saçınızı hamar bir şəkildə darayın, saçınızı böyük sancaq ilə yığın - Bella Hadidin sevimli saç modelini alacaqsınız. Bu seçim təzə yuyulmuş saç üçün yox, saçınızı yuduqdan sonra ikinci və ya üçüncü gün üçün uyğundur. Yuyulmuş saçlar elektrikləndiyi üçün yaxşı görünməyə bilər.
Klassik variant

Burda hər şey sadədir. Sizə lazım olan tək şey saçınızı bir dəstə halına gətirmək və sancağı başınızın arxasına sancmaqdır. Aksessuarı rəngli paltarlarla birləşdirmək obrazınıza bir neçə xal əlavə edəcək. Yeri gəlmişkən, tağı yan tərəfə ayırsanız, bu saç düzümü daha maraqlı görünə bilər.
Dağınıq toppuz

Saçınızın düzləşməkdən imtina etdiyi günlərdə, aksesuarla onları yığın və düşünülmüş səliqəsizliyin də gözəl görünə biləcəyini iddia edin.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















