Dəb
Dünya şöhrətli dizaynerdən İLK
“Elie Saab” moda evi ilk dəfə kişi kolleksiyasını nümayiş etdirib. Göründüyü kimi, moda evinin kişilər üçün hazırladığı kolleksiya qadın geyimlərindən heç də az dəbdəbəli deyil.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, livanlı məşhur dizayner Elie Saab yeni kolleksiyası üzərində işləyərkən ilk dəfə kişi geyimlərinə də yer verib. Onun komandası orqanza, şifon, atla və ipək üzərində muncuq, biser, lələklər və bədii tikmələrdən istifadə edərək ustalıqla dəbdəbəli axşam kostyumları yaradıblar. Elie Saabın yaradıcılıq prosesinin nəticəsi Parisdə keçirilən Moda Həftəsində nümayiş etdirilib.
Ənənəsinə sadiq qalan “Elie Saab” kolleksiyası dramatikliyi və dəbdəbəli teatrallığı ilə seçilib. Debüt kişi kutyür xəttinin nümayişində dizaynerin kişi geyimləri ilə yanaşı zəngin əl tikmələri ilə bəzədilmiş qadın ziyafət libasları da göstərilib.
“COVID-19-dan əvvəl də kişilər qadınlar kimi azad olmaq, özlərini sərbəst ifadə etmək arzusunda idilər”, - Saab kolleksiyası ilə çıxışında deyib.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















