Dəb
Qara köynəklər yayın trendidir - FOTO
Qaranın üstünlüyü təkcə çoxyönlü olmasında deyil, həm də onun bədən ölçüsünü vizual olaraq azaltmaq qabiliyyəti var. Tünd rəngli mayka, köynək və digər üst geyimlər istənilən görünüşü mükəmməl şəkildə tamamlayır. Xüsusilə geyinməyə heç nəyin olmadığını düşünəndə köməyə həmişə qara geyimlər gəlir. Odur ki, qara mayka və köynəklər almaq əsl modapərəstlər üçün ilkin şərtdir.
Publika.az xəbər verir ki, qara mayka və toplar yayın əsas trendləri arasında yer alıb. Uzunqollu tünd üst geyimlərinə də diqqət yetirə bilərsiniz. Bu seçim darıxdırıcı görünürsə, kürək dekolteli modellər həmişə cəlbedici təsir buraxır. Yaxalıqlı köynəklər və vodolozkalar da əla seçimdir. Bu model isə boyunu vizual olaraq uzun göstərir.
Əgər hündür yaxalıqları sevmirsinizsə, amerikan modelinə nəzər salın. Düyməli və “zamoklu” toplar da vodolozkalarla eyni dərəcədə təsirlidir. Boyun açıq qaldığı üçün daha uzun görünəcək.
Dekolte həvəskarları üçün ipli modellər və korsetlər təklif olunur, qara rəng sayəsində ümumi görünüş vulqar görünməyəcək.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video




























.jpg)











