200 illik ailə biznesinin tarixçəsi - FOTO
Bizi izləyin

Dəb

200 illik ailə biznesinin tarixçəsi - FOTO

“Loro Piana” kişi, qadın və uşaqlar üçün kaşmir və yun geyimlərinin istehsalı üzrə ixtisaslaşmış İtaliya brendidir. Şirkət həmçinin ayaqqabı, papaq, aksesuar və parçalar istehsal edir və “Hər şeydə qüsursuz keyfiyyət” prinsipi üzərində işləyir.

Publika.az oxucuları “Loro Piana” brendinin yaranma tarixçəsi ilə tanış edir.

“Loro Piana” brendinin tarixi 1924-cü ildən başlayır. Brend öz adını onun yaradıcısı Pietro Loro Pianadan alıb, artıq üç nəsildir ki, varisləri onun yaradıcılığını davam etdirirlər. Pietro Loro Piananın ailəsi 1800-cü illərin əvvəllərində yun ticarəti ilə məşğul olurdu. “Loro Piana”nın biznesinə aid ən qədim sənəd 1812-ci ilə aiddir. İşlər olduqca yaxşı gedirdi, əsrin əvvəlində ailə artıq iki yun fabrikinə sahib idi. Təxminən bir əsr sonra - 1924-cü ildə ailə biznesini böyüdərək İtaliyada yüksək keyfiyyətli yun parçaların istehsalı və satışı ilə məşğul olan “Ing. Loro Piana və C.” şirkətini qurmağa qərar verdi.

1941-ci ildə idarəçiliyi Pietronun qardaşı oğlu Franko təhvil aldı, o dövrdə şirkət artıq beynəlxalq ticarət bazarında öz yerini tutmuşdu. Müharibədən sonrakı illərdə şirkət İtaliyada və xaricdə yüksək moda sənayesi üçün ən yaxşı yun və kaşmir parçaların tədarük edirdi. 1975-ci ilə qədər şirkət Milandan Tokioya qədər dizaynerlər üçün təchizatçı rolunu oynayırdı. 70-ci illərdə şirkətin idarəçiliyi Frankonun oğulları - Serxio və Pyer Luici Loro Pianaya keçdi. Ailə biznesini qardaşı ilə birgə idarə etməyi Serxio şirkətin uğuru hesab edir və zarafatla “İki baş birdən yaxşıdır və dörd göz daha yaxşı görür” - deyirdi.

Процесс работы на текстильном заводе Loro Piana

1980-ci illərdə Avropa tekstil biznesi Asiyadan olan rəqiblərə uduzmağa başlayanda qardaşlar istehsal müəssisələrini yeniləməyə qərar verdilər və bu, kömək etdi. Şirkət Monqolustan və Çindən kaşmir, Avstraliya və Yeni Zelandiyadan merinos yunu almağa başladı. Sözsüz ki bu, “Loro Piana”nın reputasiyası getdikcə gücləndirdi. “Armani”dən “Yves Saint-Laurent”ə qədər dövrün dəbini diktə nəhəng moda evlərinin iplik və parça ehtiyacını şirkət təmin edirdi.

Шерсть мериноса для Loro Piana

Bununla belə, firma hələ də öz brendi altında paltar istehsal etmir, şərf və yorğanların seriyasız istehsalı ilə məhdudlaşırdı. 1992-ci il Yay Olimpiya Oyunları hər şeyi dəyişdi. 90-cı illərdə qardaşlar öz fabriklərində hazırlanmış parçalardan hazır kişi və qadın geyimləri xəttini işə saldılar. Serxio Loro Piana atçılıq və avtomobil yarışlarını sevirdi, Pier Luici isə yaxtalar və reqatlarla maraqlanırdı, odur ki, brendin ilk məhsulları məhz idman əyləncələri üçün nəzərdə tutulmuşdu. 1992-ci ildə Barselonada keçirilən oyunlarında “Loro Piana” İtaliya atçılıq komandası üçün “Horsey” xüsusi kurtka modelini istehsal etdi. Xüsusi texnologiya ilə işlənən məhsullar suya davamlı və külək keçirməz idi. Dizaynerin kəşfi dünya miqyasında şöhrət qazandı və həmin Olimpiadadan bir il sonra “Loro Piana” geyimləri Nyu-Yorkun Madison prospektindəki elit butikdə satışa çıxarıldı, altı ildən sonra markanın ilk mono-brend mağazası Milanda açıldı. Bundan sonra şirkət ildə təxminən on mağaza açaraq şəbəkəni fəal şəkildə genişləndirməyə başladı. 2008-ci ildə satış məntəqələrinin sayı yüzdən çox idi, gəlirin dörddə üçü pərakəndə satışın, yalnız dörddə biri - keçmişdə əsas fəaliyyət istiqaməti olan digər brendlərə tekstil tədarükünün payına düşürdü.

Serxio məhsulların keyfiyyətinə nəzarət edərkən, qardaşı Pyer Luici ən yaxşı materialları axtarıb tapmaq üçün dünyanı dolaşdı. Məsələn, sahibkarı lotus kökündən lif almaq üçün Myanmadakı İnle gölünə səyahət edərkən görmək olardı. Daha sonra bu liflərdən şərflər hazırlandı, Loro Piana şərflərin hər birini 2550 dollara satışa qoydu. Ümumiyyətlə, brendin yüksək qiymətini hazırlandığı materiallar müəyyən edir. Belə materiallardan biri də Perudakı And dağlarında yaşayan lamayabənzər heyvan olan vikunyanın yunudur. Vikunya yunu dünyada ən bahalı yun növü hesab olunur və bir çox şirkətin bu xammala çıxışı yoxdur. Buna baxmayaraq, 1994-cü ildə şirkət Perudan on il müddətinə vikunya yunu almaq üçün müstəsna hüquq əldə etdi. Vikunyalar brakonyerlər üzündən yox olmaq ərəfəsində olduğu bir vaxtda Peru hökuməti onların nəslini bərpa etmək qərarına gəldi və tərəfdaşlar axtarmağa başladı. “Loro Piana” əsas tərəfdaşlardan biri oldu. Bunun müqabilində Loro Piana And dağlarında vikunya ferması yaratdı, 2000 hektar torpaq alındı və orada 800 heyvan məskunlaşdırıldı. Hər bir heyvandan ildə 2 dəfə 200 qram yun alırdılar. Müqayisə üçün qeyd edək ki, bu, kaşmir keçisindən və merinosdan əldə edilən yundan təxminən 30 dəfə azdır. “Vikunya saxlamaq bahalı məşğuliyyətdir. Yunun çəkisi qızıl qiymətinədir, bəzən daha bahadır”, – Pyer Luici Loro Piano müsahibəsində etiraf edib.

2006-cı ildə brend evlər, dəniz və hava nəqliyyatı və dünyanın ən bahalı otelləri üçün tekstil məhsullarının daxil olduğu “Loro Piana Interiors” xəttini istifadəyə verdi. Kolleksiyaya hamam və qonaq otaqları üçün nəzərdə tutulmuş yastıqlar, yorğanlar və yorğanlar, kaşmir yorğanlar və dəsmallar daxildir. Bundan əlavə, lama yundan xalçalar da satışdadır.

“Loro Piana” məhsulları bahalı brend məhsulları almağa gücü çatan məhdud sayda insanlar üçün əlçatandır. Əşyalar İtaliyada hazırlanır, onlar lüks bazarın yuxarı seqmentinə aiddir, buna görə də paltarlar inanılmaz dərəcədə bahadır. Kolleksiyalar yaradılarkən məhsulların keyfiyyətinə bütün mərhələlərdə nəzarət edilir: xammalın diqqətlə seçilməsindən tutmuş təcrübəli ustaların əl işinə və hazır məhsulların butiklərdə satışına qədər. “Loro Piana” mağazalarında trikotaj papaqların qiyməti 225 dollardan, paltolar 42.000 dollar, şinşilla yorğanları isə 52.000 dollardan başlayır, maral dərisi gödəkçələri 5680 dollara, kaşmir sviterləri isə 1600 dollar dəyərindədir. Geyimlərin dəyərini yaradan yüksək keyfiyyət olsa da, Serxio Loro Piana gizlətmirdi ki, əsas hədəf bazarın lüks seqmentidir. “Məhsulu Bostonlu yanğınsöndürən üçün çıxarmıram, onlar kaşmir palto geyməyəcək, hətta pulsuz versəniz də, ona ehtiyacları yoxdur. Bir çox məhsulun istehsalı öz ehtiyaclarımdan doğur. Məsələn, kürəkənim məni Avstriyaya ova dəvət etdi, az qala soyuqdan öləcəkdik. Odur ki, elə hallar üçün xüsusi bir palto hazırladıq. Müştərilərimin də oxşar ehtiyacları var. Altı nəsildir ki, biz yer üzündə mövcud olan ən yaxşı xammal üzərində işləyir və keyfiyyətli məhsulları istehsal edirik. Eyni zamanda ömür boyu istifadə edə biləcəyiniz davamlı parçalar və geyimlərin keyfiyyətini artırmaq üçün yeni yollar tapmağa çalışırıq” , - Serxio Loro Piana müsahibələrinin birində bildirib.

2019-cu ildə brend kişi və qadın geyimlərinin istehsalına başladı və Milan Moda Həftəsində nümayiş olundu. Brendin dünya üzrə 132 butiki, həmçinin 6-sı İtaliyada, 3-ü ABŞ-da və biri Monqolustanda yerləşən 10 istehsal fabriki var. Şirkətin texnoloqları innovasiyalar üzərində fəal işləyirlər, bir neçə il əvvəl patentləşdirilmiş yun lifi emalı sistemi “Storm System” molekulyar membrana malik yun liflərini suya davamlı edir, lakin toxunuşa və işığa qarşı yumşaqdır: idmançılar və tez-tez əlverişsiz hava şəraitində olan, lakin sintetikaya üstünlük verməyənlər üçün əsl zövqdür.

LORO PIANA ahonnan Putyin is öltözködik - Fashion Awards Hungary | Divat  díjkiosztó Gála | Divatgála

2013-cü ilin iyul ayında lüks bazar maqnatı, ən varlı fransız Bernard Arnaultun sahibi olduğu LVMH qrupu “Loro Piana” səhmlərinin 80%-ni almaq üçün 2 milyard avro yatırdı. Beləlikə, şirkət 2,7 milyard avro dəyərində qiymətləndirildi - bu, həmin il üçün gəlir proqnozundan təxminən dörd dəfə yüksəkdir. LVMH-nin məlumatına görə, şirkət Avstraliya və Yeni Zelandiyada ən böyük Qərb kaşmir istehsalçısı və ekstra incə merinos yununun ən böyük alıcısıdır.

Serxio Loro Piana şirkətin müstəqilliyini uzun müddət yaşaya bilmədi, o, 2013-cü ilin dekabrında vəfat etdi. Luici isə şirkətdə vitse-prezident statusunda qaldı. O, 2014-cü ilin yazında 1,7 milyard dollar sərvətlə “Forbes” reytinqinə daxil oldu. 2016-cı ildə şirkətin dövriyyəsi 800 milyon avro olub, 2017-ci ildə isə ailənin payı 15%-ə endirilib.

loro piana ayakkabi loafer siyah suet - CANTA NISANTASI

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm