İnstaqramın beş ən dəbli hind gözəli - FOTO
Bizi izləyin

Dəb

İnstaqramın beş ən dəbli hind gözəli - FOTO

İtalyan və fransız gözəlləri həmişə dünyanın ən zövqlü xanımları hesab olunub. Lakin sosial şəbəkələrdə paylaşılan sonsuz sayda çeşidlər sayəsində dəb sənətinin incəliklərini öyrənmək və mənimsəmək xeyli asanlaşıb.

Publika.az oxucuları bu dəfə hind qadınlarının üslubu ilə tanış edib. Onların gündəlik qarderobunun nədən ibarətdir, hər gün sari geyinirlərmi?

Hindistanda qızların stili bölgədən asılı olaraq fərqlənir: kiçik şəhərlərdə qızların əksəriyyəti milli geyimlər geyinir, böyük şəhərlərdə isə ən son tendensiyalar üstünlük təşkil edir.

Juhi

Juhi müxtəlif üslubları qarışdırmağı sevir. O, milli geyimləri ən son trendlər, idman və klassik stillə birləşdirir. Onun qarderobunun əsas prinsiplərini həm tonlarda, həm də parçalarda yüngüllük, rahatlıq və təbiilik təşkil edir.

Santoşi

Santoşi əsl üsyankardır. Onun geyimlərinin hər birinin xarakteri var. Rəng çeşidlərində özünü məhdudlaşdırmayan qız parlaq geyinməyi xüsusilə sevir. Bloger əksər hallarda müasir paltarlar geyinir, lakin ölkəsinin milli dəyərlərini də təbliğ etməyi unutmur və zaman-zaman milli geyimlərə də yer verir.

Niha

Niha haqlı olaraq ənənəvi hind üslubunun səfiri sayıla bilər. Qız obrazlarında milli geyimlərlə məharətlə oynayır, ona müasir görkəm verir.

Dipa

Hər bir bir hindli kimi, Dipa parlaq paltarları və həmcli zinət əşyalarını sevir. Onların köməyi ilə o, müasir paltarlara ekzotik əlavə edir. Qız moda tendensiyalarını izləməyə çalışır, lakin ənənələrini də unutmur. Yeri gəlmişkən, o, toyunu iki dəfə qeyd edib: biri hind üslubunda, digəri isə avropasayağı.

Zahara

Zahara Mayamidə yaşayır, lakin öz köklərini unutmur. Qız vaxtaşırı izləyicilərinə çox bəyəndiyi milli üslubda geyimlərini nümayiş etdirir.

Şruti

Şruti öz timsalında göstərir ki, milli geyimləri müasir üsluba uyğunlaşdırmaqla çox gözəl obraz yaratmaq olar. Onun qarderobunun əksəriyyətini gündəlik həyata uyğunlaşdırdığı milli üslubda geyimlər təşkil edir. Bloger dəri və ənənəvi tikmələri, iri zərgərlik nümunələri və rəsmi kostyumları ustalıqla birləşdirir. Hind gözəlini instaqramda 168 mindən çox insan izləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm