Dəb
Venesiya Festivalında ulduzların yarıçılpaq PARADI - FOTO
Avqustun 31-də İtaliyada 79-cu Venesiya Film Festivalının açılışı olub. Məşhurlar müsabiqə proqramının ilk filmlərindən olan “Ağ səs-küy” filminə baxmaq üçün İtaliyanın Lido adasına toplaşıblar.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qırmızı xalçaya Ketrin Denev, Hillari Klinton, Culiana Mur, Alessandra Ambrossio, Melani Loran və başqaları çıxıb. Film festivalının açılışı aktrisa Ketrin Denevə təqdim olunan kino sahəsindəki xidmətlərinə görə mükafatın təqdim edilməsi ilə başlayıb. Ümumilikdə kinofestivalda Lars fon Trier, Pol Şröder, Kim Ki-duk və başqaları da daxil olmaqla 19 rejissorun ekran işi nümayiş olunacaq. Bu il beynəlxalq münsiflər heyətinə aktrisa Culina Mur rəhbərlik edib.
Bu il tarixdə ilk dəfə olaraq Venesiya Film Festivalının simvolu erkək yox, dişi şir olub. Rəssamın təsəvvüründə o, enerji və ümidi tərənnüm edir, təcavüz və qəddarlığı rədd edir.
Qırmızı xalıda poza verən ulduzların bir çoxu cəlbedici geyimləri ilə diqqət çəkməyə çalışıb. Hətta 61 yaşlı Culina Mur da bu marafona qoşulub. Qırmızı xalçada ilk qonaqlar sırasında görünən aktrisa premyeraya qara bodinin üzərindən biserlərlə işlənmiş, döşəməyə qədər şəffaf paltarda və zərif lentli pançoda gəlib.

Model Alessandra Ambrosio heç vaxt bədən quruluşunu vurğulamaqdan çəkinmir. Bu dəfə o, çəhrayı rəngli straplez libasa üstünlük verib.

Aktrisa olmaq yolunda irəliləyən model Qreta Ferro premyera üçün yarıçılpaq geyim seçib. Peplum paltarının ətəyi qalın məxmərdən hazırlanmışdı və bu, tamamilə təhlükəsiz seçimdir. Ancaq incə tüldən hazırlanmış uzun qollu üst sinəsini çətinliklə örtüb.

Bununla belə, hər kəs Mariakarla Boskononun kölgəsində qalıb. Model "Jean Paul Gaultier" moda evindən tamamilə şəffaf paltar seçib. Podium versiyasında kostyum bodi ilə birlikdə təqdim olunsa da, qız bundan imtina etmək qərarına gəlib.

-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


