Dəb
Yeni mövsümün ən təsirli tendensiyası - FOTO
Uşaqlığımızın trendi yenidən dəbin zirvəsinə yüksəlmək niyyətindədir.
Publika.az xəbər verir ki, trikotaj məktəbli jiletləri bu qışın əsas trendlərindən biri olacaq. Burda məktəb mövsümünün açılmasının da payı var. Lakin siz təzə jilet almağa tələsməyin. Köhnə bir sviterinizin qolunu kəsib yeni bir jilet düzəldə də bilərsiniz.
Ancaq trikotajlı bir tank topunun populyarlığının səbəbi daha sadə ola bilər - moda mütləq rahatlıq və faydalılıq üçün çalışır.
Dizaynerlərin bazara çıxardığı jilet modelləri, kəsimi, rəngi və forması fərqli olsa da, bol versiyaların daha aktual olacağı gözlənilir. Əlbəttə ki, təsadüfi deyil, bu populyarlığın səbəbi odur ki, indi hamı rahat geyimlərə üstünlük verir.
Payız və qış üçün trikotaj jilet həqiqətən qalın sviterdən daha praktik ola bilər. Trikotaj jiletlə onlarla kombinasiyalar yarada bilərsiniz. Həm bluzla, həm qar kimi ağ köynəklər, həm də gözəl paltarla geyinmək olar. Yeri gəlmişkən, trikotaj jiletlə ipək bej köynəyin kombini olduqca effektli görünür. Hava şəraiti və geyim kodu imkan verirsə, jileti köynək kimi - yəni çılpaq bədəndə geyinmək olar.
Yeni kolleksiyalarda paltar kimi uzunsov jiletlər də var, onları dar cinslər və ya lasinlərlə birləşdirin. Boğazlı modellər şərfi əvəz edəcək. Ümumiyyətlə, ağır sviterdən yorulan, amma yenə də canını isti saxlamaq istəyənlər üçün trikotaj jilet əla alternativdir.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video




























.jpg)











