Dəb
Venesiya Festivalında məşhurların valehedici ziyafət libasları - FOTO
Venesiyada 79-cu Film Festivalı çərçivəsində rejissor Oliviya Uayldın çəkdiyi “Narahat olma, günəşim” filminin premyerası keçirilib.
Publika.az xarici mətbuata istinaədn xəbər verir ki, filmin təqdimatında Florens Pyu, Harri Stils, Oliviya Uayld və başqaları iştirak edib.
Hələ premyeradan əvvəl film ətrafında çoxlu qalmaqallar yaşanıb: əvvəlcə Şyla Labaf filmdəki baş rolu itirdi, Uayld onu Harri Staylsla əvəz etdi, sonradan Oliviya ilə Florens Pyu arasında münaqişə barədə şayiələr yayıldı. Həm də Olivia Uayldın sözlərinə görə, filmdəki bir çox səhnələr həddən artıq açıq-saçıq olduğu üçün senzuraya məruz qalıb.
Zaldakı tamaşaçılar premyeranı gurultulu alqışlarla qarşılayıb. Yeri gəlmişkən, tamaşaçıların alqışlarını baş rolun ifaçısı - aktrisa Florens Pyu kəsib. “Valentino”dan dəbdəbəli libas seçən aktrisa gözlənilmədən ayağa qalxaraq zalı tərk edib.
Filmin rejissoru tədbir üçün sarı libas seçib. Filmin adının günəşlə bağlı olduğunu nəzərə alsaq, onun sarı rəngdə görünməsi, əlbəttə ki, təsadüf deyil. Ulduzun geyimini “Gucci” moda evinin məşhur dizayneri Alessandro Mikele sifariş əsasında hazırlayıb.
29 yaşlı model axşam üçün “Alberta Ferretti” markasının ortası yarıqlı, arxası tam açıq olan firuzəyi rəngli libas seçib. Ulduzun 1930-cu illərin dəbinə uyğun tərtib edilmiş nəm və retrosayağı saçları isə obrazı daha təsirli göstərib.
“Narahat olma, günəşim” tablosu Cek və Alis adlı evli cütlüyün hekayəsindən bəhs edir. Xanımları dəbdəbəli həyat tərzi sürərkən kişi həmkarları ilə gizli “Qələbə” layihəsi üzərində işləyir. Ancaq sonra Alis ərinin işlədiyi şirkətin dəhşətli bir şey gizlətdiyindən şübhələnməyə başlayır. Filmdə baş rolları Florens Pyu və Harri Stayls canlandırıb.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)












