Dəb
Məşhur aktrisa dərin dekoltesi ilə diqqət mərkəzində - FOTO
Amerikalı aktrisa Keyt Hudson Londonda keçirilən film premyerasına dərin dekolteli paltarda gəlib.
Publika.az xarici mediaya istinadla xəbər verir ki, 2019-cu ildə çəkilmiş “Knives Out” filminin davamı olan “Glass Onion: A Knives Out Mystery”un premyerası ötən gecə Londonda keçirilib. Filmin növbəti seriyasında Daniel Kreyq başqa bir cinayəti araşdıran detektiv Benoit Blank rolunu oynayır. Ekran əsərində həmçinin Edvard Norton, Janelle Mona, Ketrin Han, Keyt Hudson, Deyv Bautista və başqaları çəkilib. Filmin “Netflix”də dekabrın 23-də nümayişi planlaşdırılır.
Premyeraya Deyl Karneqi cazibədar xanımı Reyçel Vaysla birlikdə gəlib. Cütlüyün vizual harmoniyasını qeyd etməmək olmaz. Daniel kəpənəkli kostyuma üstünlük verib, Reyçel isə bədən quruluşunu dekolteli qara paltarla vurğulamaq qərarına gəlib.
Lakin əsl sensasiya Keyt Hudsonun görünüşü olub. 43 yaşlı amerikalı aktrisa axşam üçün çox dərin dekolteli şokolad rəngli paltar və döşəməyə qədər uzanan süni xəz palto seçib. Ulduz “Saint Laurent”dən seçdiyi cəlbedici geyimdə bütün diqqətləri öz üzərinə çəkib.
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq


































