Dəb
Astroloqlar deyir ki, bu rəng 2023-cü ildə sizə uğur gətirəcək - FOTO
Qızılı ton həmişə bayram əhval-ruhiyyəsini yaradır. Odur ki, stilistlər ilin ən möhtəşəm gecəsində qızılı paltar geyinməyi tövsiyə edir.
Publika.az xəbər verir ki, astroloqlar da eyni fikirdədir. Belə qəbul olunub ki, su dovşanı ilində qızılı rəng geyinmək sahibinə uğur və firavanlıq gətirəcək. Bu isə o deməkdir ki, şans il boyu sizi müşayiət edəcək.
Yadda saxlayın ki, Yeni il axşamı ciddi moda çərçivələrinə əməl etmək tələb olunmur. Ən orijinal və cəsarətli istəklərinizi sınamağa çəkinməyin! Böyük biser və strazlarla işlənmiş qızıl paltarlara diqqət yetirin. Bəzəklərin keyfiyyətinə fikir verin, biserlərin bir-birinə yaxın yerləşməsi vacibdir, əks halda “boşluqlar” paltarı ucuz və keyfiyyətsiz göstərəcək.
Radikal dəyişikliyə hazır deyilsinizsə, səliqəli və kiçik biserli modelləri axtarın. Bunlar, yeri gəlmişkən, yay dəbinə də asanlıqla uyğunlaşdırıla bilər. Qızılı rəng kifayət qədər parıltılı element hesab edildiyi üçün onu sakitləşdirici çalarlarda lakonik aksesuarlarla balanslaşdırmaq vacibdir: bej, şokolad, südlü və sair. Yeri gəlmişkən, stereotiplərə baxmayaraq, minimalist gümüşü zərgərlik nümunələri də uyğun gəlir.
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi


























.jpg)









