Dəb
İlin ən yaxşı dizayneri bəlli oldu
İsveçrənin "Hublot" markası həmişə saat sənayesi ilə dizayn sənəti arasında vasitəçi rolunu oynayıb. Burada həm peşəkar saat ustaları çalışır, həm də dizayn və üslub öz dərinliyi ilə seçilir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki,"Hublot Dizayn Mükafatı" artıq yeddi ildir gələcək dizaynerləri dəstəkləməyə davam edir. "Hublot Dizayn Mükafatı" dizaynerlərə işlərini daha geniş auditoriyaya nümayiş etdirməyə imkan verir. Bu, onların karyeralarını növbəti səviyyəyə qaldırmağa ümid verir. Səkkiz istedadlı gənc mütəxəssisi Serpentine Qalereyasına dəvət edən dünya şöhrətli marka bu ilki mükafatın qalibini elan edib.
“Mükafat ən yaxşı gənc dizaynerləri dünyaya tanıtmaq və onların işlərini layiqincə qiymətləndirmək üçün çox gözəl bir şansıdır. Onlar hər işdə bizi ruhlandırır və biz onların hamısına gələcəkdə böyük uğurlar arzulayırıq”, - deyə brendin baş direktoru Rikardo Quadalupe bildirib.
Finalçılar müxtəlif sahələrdə çalışan müasir dizaynerlər, o cümlədən dizayn tənqidçisi Elis Roustxorndan ibarət müstəqil münsiflər heyəti tərəfindən seçilib. Qalib yeni formalar və tipologiyaları təqib edən dizayna sosial, etnoqrafik yanaşması ilə tanınan nigeriyalı sənaye dizayneri Nifemi Markus-Bello olub. Maya-Merfi və Konnor Kuk isə Pyer Kellerin xüsusi mükafatına layiq görülüb.
Aytən Məftun
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
















.jpg)









.jpg)









