Dəb
Ailəsinə qarşı çıxan şahzadəyə və xanımına mükafat verildi - Foto
Şahzadə Harri ilə xanımı Meqan Markl Britaniya kral ailəsində irqçiliyə qarşı olduqları üçün mükafat alıblar.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şahzadə Harri və Meqan Markl nadir hallarda ictimaiyyət qarşısına çıxırlar, lakin ötən gün cütlük Nyu-Yorkda keçirilən mərasimdə görünüblər. Onlar Robert Kennedi Fondunun İnsan mükafatına layiq görülüb. Vurğulanıb ki, mükafat "Britaniya kral ailəsində struktur irqçiliyə qarşı qəhrəmancasına mövqeyə görə" təqdim edilib.
Cütlük tədbir üçün Hollivud ənənəsinə əsasən dəbdəbəli obrazlar seçib. Meqan Markle "Louis Vuitton" imzalı ağ rəngli, çiyinləri açıq, təsiredici yarıqlı paltarda görünüb. O, görünüşünü laklı və itiburunlu qara dikdabanlar, atlaz klatç və brilyant sırğalarla tamamlayıb. Harri isə klassik mürəkkəb rəngli kostyum, ağ köynək və qalstuk seçib.
Şahzadə Harri çıxışında qeyd edib ki, fikir liderisinizsə və ya təsiriniz varsa, hekayələrinizi danışmalı və insanları ilhamlandırmalısınız.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi














.png)



.jpg)






















