Dəb
Penelopa Kruzun fransızsayağı cazibəsi - FOTO
Yeni ilə az vaxt qalır, buna görə də bayram görünüşü haqqında düşünməyə dəyər.
Publika.az xəbər verir ki, stilistlər səhnə ulduzlarının stillərinə diqqət yetirməyi tövsiyə edir. Həqiqətən də aktrisalar, kral ailəsinin xanımları və başqa ulduzlar bir çox maraqlı və zərif seçimlərlə göz oxşayırlar.
Məsələn, aktrisa Penelopa Kruzun Parisdə keçirilən "L'immensità" adlı yeni filminin təqdimatındakı son çıxışını xüsusilə nümunəvi adlandırmaq olar. Məşhur ispan gözəli qırmızı xalçaya "Chanel" imzalı qısa paltarda çıxıb. Ulduzun klassik qısa geyimi həcmli zərgərlik əşyaları və romantik saç aksessuarları ilə tamamlanıb. Yarım yığılmış atquyruğu obraza zəriflik qazandırıb. Saç ustası elastik bantı aktrisanın saçına elə məharətlə bərkidib ki, onun bu obrazı Ketrin Denyovun "Günün gözəli" kult filmindəki rolunu xatırladıb. Yeri gəlmişkən, belə saç yığımı fransız gözəlləri arasında çox məşhurdur, üstəlik onu təkrarlamaq çətin deyil və çox zərif görünür.
Detallara gəlincə, onların haqqında daha ətraflı danışmaq lazımdır. Stilist Penelopa üçün boynunu vizual olaraq uzun göstərən şən, parıltılı və möhtəşəm çilçıraqlı sırğalar seçib. Belə aksesuarlar yeni il əhval-ruhiyyəsi yaratmaq idealdır.
Makiyaja gəlincə, Penelopa həmişəki kimi gözlərini qara qələmlə haşiyəyə alıb və açıq çəhrayı çalarda dodaq boyasına üstünlük verib.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







