Dəb
Məşhur markalar alıcıları necə aldadır?: bloqer bütün SİRLƏRİ AÇDI - VİDEO
Türkiyəli tiktoker Volkan Yılmaz lüks markaların ən məşhur çantalarnın əsl dəyərini anlamaq üçün onları əvvəlcə amansızca kəsib doğrayır, sonra isə yandırır. Bloqerin bu addımı lüks marka alıcılarını hiddətləndirsə də, etiraf etmək lazımdır ki, bahalı çantaların vizual olaraq necə və nədən hazırlandığını izləmək hələ də valehedicidir.
Publika.az xəbər verir ki, o, öz "Tiktok" səhifəsində dizayner çantalarının dərisinin keyfiyyətini qiymətləndirməyin yollarından bəhs edir. Volkan Yılmaz həm də minimum qiyməti 1000-2000 dollardan başlayan bahalı çantaların bu pula layiq olub-olmadığını ətraflı şəkildə izah edir.
Onun 575 000 izləyicisi olduğu "TannerLeatherstein" Tik Tok hesabında videoları 4,5 milyondan çox bəyənmə toplayır. Volkan qeyd edib ki, o, məhsulun keyfiyyətinə və sənətkarlığına qiymət verməyə çalışır. Maraqlıdır ki, ustanın yandırdığı əşyaların əksəriyyəti yenidir və xüsusi olaraq "yarılmaq" üçün alınıb. Bloqerin qiymətləndirdiyi 1200 dollarlıq "Chanel" pul kisəsinin videosu 2 milyondan çox baxış toplayıb.
@tanner.leatherstein Chanel Wallet deconstruction. #chanel #chanelwallet #chaneltok #leather #leathertiktok #sounds #fashion #fashionasmr #asmr #deconstruction ♬ original sound - Tanner Leatherstein
Volkanın fikrincə, öz qiymətinə layiq olan ən yaxşı çantalar "Bottega Veneta"nındır. "Onlar həqiqətən, minimal işlənmiş və təbii təmiz dəriyə diqqət yetirirlər, demək olar ki, sonsuz şəkildə təkrarlana bilən standartlaşdırmanın arxasında gizlənmirlər. "Bottega Veneta" həqiqətən yüksək səviyyədə iş ortaya qoyur", - Yılmaz "Cut" nəşrinə müsahibəsində deyib. Eyni zamanda, o, etiraf edib ki, bir təcrübəsində "Bottega Veneta"nın bir kiçik əl çantasını kəsib doğramağa əli gəlməyib.
Bloqer artıq mağazalarda tanındığını və "Hermes"də ona 500 dollarlıq pul kisəsindən başqa heç nə satmadıqlarını dilə gətirib. Həmçinin əlavə edib ki, mağaza bunu anbarda heç bir məhsul olmadığı ilə əlaqələndirib. Yılmaz hər məhsulu öz pulu ilə əldə edir, yaxud da internet vasitəsilə sifariş edir və ya butiklərdən alır.
O, həmçinin qeyd edib ki, "Prada", "Louis Vuitton", "Chanel" kimi bir çox brendlər cızıqlardan qorunmaq üçün plastik örtükdən istifadə edir ki, bu da təbii teksturasını gizlədir və müxtəlif markaların materiallarını eyniləşdirir.
Bloqer xanımlara, ümumiyyətlə alıcılara dərinin yaxşı olub-olmadığını başa düşə bilmək üçün bəzi ipucları verib.
"Çantanın dərisinə toxunun, ölü və plastik kimi görünən ağır işlənmiş süni dəridən fərqli olaraq, həqiqi dəriyə toxunmaq xoşdur. Torpağın çox ətri varsa, qoxlayın, aşağı dərəcəli əşyalar adətən kimyəvi qoxu verir. Etiketi oxuyun, dəriyə xüsusi diqqət yetirən brendlər və ustalar onun haqqında danışmaqdan doymur. Anilin, yarı anilin, full grain - səthin qorunmuş strukturunu bildirir, top grain - heyvan dərisinin üst qatından alınan dəri,
lakin full graindən fərqli olaraq onun səthi sıyrılmış, cilalanır. Bitkisəl aşılanma, napa dərisi, qoyun dərisi və.s
Sadaladığım dəri növləri ucuz deyil, amma astronomik baxımdan da baha deyil. Çox yüksək qiymət görürsünüzsə, o zaman bilin ki, bu, dərinin yox, statusun dəyəridir", - Volkan bildirib.
Yılmaz 2009-cu ildə Türkiyədən ABŞ-a köçüb, əvvəlcə Çikaqoda kirayə haqqını ödəmək üçün taksi sürücüsü işləyib. 2015-ci ildə İllinoys Universitetində MBA dərəcəsi alıb. Evləndikdən sonra Dallasa köçüb və dəri məmulatlarının istehsalı ilə məşğul olan "Pegai" ailə biznesini qurub.
Volkan Yılmazın "The Cut"da yayımlanan müsahibəsi teleqram kanallarında da müzakirə doğurub. Şərhlərdə bildirilib ki, "Parada" çantalarına cızıq tez düşür, "Marni" kimi çantalar çox gözəldir, lakin olduqca tez dağılır, "YSL" pis deyil, sərt örtüklərin öz funksiyası var, odur ki, "Chanel" və "Hermes" kimi çantalar illərlə yaxşı vəziyyətdə qala bilir". İzləyicilərin bir qismi Yılmazın insanların daha çox təbii tekstura arzusunda olması fikri ilə də razılaşmayıblar və qeyd ediblər ki, lüks marka alıcıları "Chanel"in caviar dana dərisindən hazırlanan çantalarıb pərəstişkarıdır.
@tanner.leatherstein Prada deconstruction (no talking). #prada #asmr #pradabag #leatherasmr #luxurybag #luxuryhandbag #bagtok #asmrvideo #asmrtiktok #luxury #luxurytok #luxuryfashion #pradabags #deconstruction #fashion #sounds #leather #leatherwork #leatherbag #saffiano #saffianoleather ♬ original sound - Tanner Leatherstein
P.S. Əlbəttə heç kimə sirr deyil ki, hər hansı bir it-bagın (inanılmaz dərəcədə populyar olan dizayner çantaları It-bag adlanır. Bir qayda olaraq, bu çantalar yüksək keyfiyyət, sonsuz tələbat və statusla seçilir) yüksək qiymətinin çoxu marketinq və loqonun statusu ilə bağlıdır. Məşhurluğu isə heç də hər zaman keyfiyyəti ilə əlaqəli olmur, odur ki, çox pul xərcləmədən də başqa markalarından daha keyfiyyətli, daha yaxşı və daha ucuz çantalar ala bilərsiniz.
Aytən Məftun
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm








.jpg)

.jpg)





.jpg)












.png)

.jpg)






