Dəb
Hollivudun ən güclü aktyoru 59 yaşını qeyd edir - FOTO
Bred Pitt bu gün 59 yaşını qeyd edir. Aktyor istənilən yaşda yaraşıqlı görünür, lakin 90-cı illərin əvvəlləri xüsusi ilə məşhur idi. Bred Pitt kino sənayesinə gəldiyi ilk günlərdən təsdiqlədi ki, Hollivudun əsas seks simvolu statusuna ən layiqli nazimədlərdən biridir. Simmterik üz cizgilərinə malik olan Bred Pitt təkcə aktyorluq istedadı sayəsində deyil, həm də parlaq görünüşü sayəsində populyarlıq qazanıb. İstər köynəksiz, istərsə də klassik smokin geyimdə Pitt diqqət cəlb etməyin yollarını yaxşı bilir. İfadəli və dərin gözləri dünya ulduzunun ən güclü silahıdır.
Publika.az xəbər verir ki, aktyorun geyim stili də dəb cərayanlarına təsir ötüşməyib.
Bred Pittin stilində ən gözə çarpan detal düşünülmüş dağınıqlıqdır. Ümumiyyətlə, Bredin obrazlarında xuliqanlıq ruhu tez-tez görünür. Qırmızı xalçaya kostyum və şlyapa ənənəsini Bred gətirib. Aktyor hesab edir ki, qara kostyumla qar kimi ağappaq köynək geyinməyə gərək yoxdur. Tünd köynəklə qara obraz yaratmaq da mümkündür. Bəli, heç bir dəbin arxasınca qaçmayan ulduz öz trendlərini özü yaradır. Dəri kurtkalar, papaqlar, eynəklər və uzun saçlar Bred stilini yaradan əsas detallardır.
Sadəcə bir detal gündəlik geyimi ultra dəbli edə bilər və Bred bu texnikadan necə istifadə etmək lazım olduğunu dəqiq bilir. Klassik kurtkalar əvəzinə dəri modeli seçmək kifayətdir! Hətta ən gündəlik geyim daha dəbli görünəcək və yumşaq material geniş çiyinləri vurğulayacaq.
59 yaşlı kino ulduzunun ən dəbli obrazlarını təqdim edirik.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







