Dəb
2023-cü ilin ən dəbli yubkaları - FOTO
Maksi yubkalar bir ildən artıqdır ki, dəbin zirvəsini tərk etmir və 2023-cü ilin yaz-yay mövsümü də dəbdə olmağa davam edəcək.
Publika.az xəbər verir ki, yubka və donlarda maksi uzunluq ilin əsas tendensiyalarından biridir. Lakin problem ondadır ki, bu cür modellər qüsurları həm gizlədə, həm də vurğulamağa qadirdir. Ayaqqabılar bu problemin öhdəsindən gəlməyə kömək edəcək, əsas odur ki, seçiminiz düzgün olsun. Uzun yubkaları müxtəlif dizaynerlərin kolleksiyalarında görmək olar. Odur ki, uzun model geyinməyə öyrəşməsəniz də, çoxsaylı çeşidlər arasından mütləq sizə uyğun olan birini seçə biləcəksiniz.
Qarderobunuzda hələ də bir dənə də olsun maksi yoxdursa, sizə əsasən qara modeli seçməyi məsləhət görürük. Düz və ya dizdən başlayaraq bir qədər genişlənən variant ola bilər. Uyğunluğa gəlincə, daha çox yönlü olmaq üçün orta və ya hündürbelli ətəklərə baxın. Hündürbel ətəklər növbəti bir neçə mövsümdə dəbdən düşməyəcək və mütləq işinizə yarayacaq. Materialı qalın kostyum parçası, dəri və ya atlazdan hazırlana bilər, seçim sizə qalır. Uzun yubkalarla birləşdirməyi planlaşdırdığınız geyimlərə xüsusi diqqət yetirin.

Ağ yubkalar daha az praktik olsa da, təsirli obraz yaratmaq istəyənlər üçün gözəl seçimdir. Ağ da qara kimi çox yönlü olacaq. Parlaq rənglər də diqqətəlayiqdir. Neytral çalarlarda çoxlu paltarınız varsa, görünüşün çox parlaq olacağından narahat olmadan sarı, qırmızı və ya mavi yubkalar onlarla etibarlı şəkildə birləşdirilə bilər. Maksi yubka hər şeylə geyilə bilər. Soyuqda onu böyük ölçülü sviterlər, hündür boyunlu kaşmir vodolozkalar, şişkin çiyinli gödəkçələr və ya klassik pencəklərlə birləşdirin. İsti havalarda isə bu trend şəffaf qadın bluzları, pambıq köynəklər və maykalar əla görünəcək. Bir sözlə, yubka tamamilə universaldır və bu, onu almaq üçün tutarlı bir səbəbdir.

-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)






.jpg)


