Dəb
Belin incəliyini göstərən donlar trend olacaq - FOTO
Moda arenasında belin incəliyini vurğulayan fasonlar yenidən geri dönür.
Publika.az xəbər verir ki, 50-ci illərdə aktual olan qum saatı silueti 2023-cü ildə aktual olacaq. Dünya şöhrətli əfsanəvi dizayner Kristian Diorun əbədiləşdirdiyi silueti dizaynerlər müasir versiyalarda təqdim ediblər. Həm korsetlər, həm enli kəmərlər, həm də dar geyimlərin köməyi ilə beli vurğulaya bilərsiniz.
Belin vurğulanmasının ən yaxşı yollarından biri həcmlərin kontrastıdır. Qabarıq ətəkli paltarlara, xüsusən də A siluetinə diqqət yetirin. Belə bir kəsimdə bədən quruluşu çox aydın olmasa da, beli vizual olaraq incə göstərə bilər. Dəri və ya qalın parçadan hazırlanmış geniş kəmərləri olan modelləri də diqqətdən kənar qoymayın. Kəmər ya tam olaraq beldə, ya da bir qədər yüksəkdə yerləşməlidir. Belin altındadırsa, bu, ayaqları vizual olaraq qısaldacaq və yaxşı təsir yaratmayacaq.
Başqa bir etibarlı yol korsetdir. Burada şərhə ehtiyac yoxdur deyəsən. Korsetlər bədən quruluşunu ortaya çıxarmaq üçün yüz illər əvvəl icad edilib. Əvvllər korset geyinmək ağır bir işgəncə olsa da, indi onlar zərifliyinizi və üslubunuzu vurğulayan vasitəyə çevrilib. Korsetlər həm dəbdəbəli ətəklər, həm də cins şalvarlarla gözəl görünür - istənilən halda mükəmməl görünəcəksiniz.
Ən qeyri-adi versiyaları gündəlik üçün uyğun olmasa belə hər hansı bir ziyafətdə mütləq ki, inanılmaz diqqət toplayacaq. Bir sözlə, bir çox variant var - yalnız sizin üçün mükəmməl olanı seçmək qalır.







-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







