Dəb
Zərgərlik brendinin ən bahalı zinət əşyası sərgilənəcək - FOTO
Dünyanın ən nadir və qeyri-adi almazlarının hər birinin öz adı var. Hətta qızıl-zinət əşyaları sənayesindən uzaq olan insan da ən azı bir dəfə "Afrika Ulduzu", "Kohinur", "Taylor-Barton", "Tiffany Diamond" adlarını eşidib. Sonuncusu - 128,54 karat ağırlığında sarı bir brilliantdır, onu illər əvvəl Ledi Qaqa "Dolby Theatre"də Oskar mükafatını almaq üçün səhnəyə çıxanda taxmışdı. Daha sonra onu dünyanın ən varlı qadın sənətçisi - Beyons əri Cey Zi ilə iştirak etdiyi reklam kampaniyasında taxmışdı.
Publika.az xəbər verir ki, 1877-ci ildə tapılmış "Tiffany Diamond"u Çarlz Luis Tiffani alıb. Lakin zərgər müstəsna tapıntını yenidən satmaq əvəzinə onu yeni nəsillər üçün saxladı və 100 ildən artıqdır ki, kanareyka daşı bir növ brendin talisman rolunu oynayır. O, nadir hallarda seyfdən çıxarılır və yalnız "Tiffany & Co."nun beşinci prospektində yerləşən mağazasında nümayiş olunur.

Lakin bu, şirkətin yeganə qürur mənbəyi deyil. Onun portfelinə 80 karatlıq qüsursuz almaz da daxil olunub. Yeri gəlmişkən, bu "Tiffany & Co" tarixində ən bahalı daşdır. Ən nadir nümunə Botsvanadakı mədəndə tapılıb. Daş sonuncu dəfə 1939-cu ildə Nyu-Yorkda keçirilən Ümumdünya Sərgisində təqdim edilib. 429 almazla əhatə olunmuş 200 karat ağırlığında nəhəng akuamarini görmək üçün mağazanı 44 milyon insan ziyarət edib.
Yenilənmiş "Tiffany & Co" boyunbağı dizaynının bu il yenidən nümayiş olunması planlaşdırılır. Zərgərlik məmulatlarının debütü isə hər zamankı kimi Beşinci prospektdə təmir edilmiş mağazanın açılışında olacaq.


Aytən Məftun
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda






























.jpg)



