Dəb
Şahzadənin toyu oldu - FOTO/VİDEO
Martın 12-də Kral II Abdullah və Kraliça Raniyanın böyük qızı və ikinci övladı, İordaniya şahzadəsi - II İman Abdullahın nişanlısı Cəmil Aleksandr Termiotislə toyu olub.
Publika.az xəbər verir ki, bu barədə "ArabNews" məlumat yayıb. Qeyd olunub ki, toy mərasimi Əmmandakı Beyt Əl-Urdon sarayında baş tutub. Nikah mərasimi isə televiziyada canlı yayımlanıb.
Şərq standartlarına görə, toy bir qədər təvazökar qaydada keçirilib. Məsələn, gəlinin buketi Bruney Sultanının qızı kimi qızıl və brilyantdan deyil, təzə çiçəklərdən hazırlanıb. Böyük qardaş və taxt-tacın varisi vəliəhd Hüseyn İmanı çiçəkli bir bağdan keçirərək, onu qonaqların gözlədiyi saraya aparıb. Valideynləri ilə salamlaşan gəlin daha sonra nişanlısı ilə divanda əyləşib. Nikah mərasimini molla icra edib. Bir-birlərinə sevgi andı içən cütlük nikah bağlamağa razı olduqlarını bildirdikdən sonra nikah şəhadətnaməsinə qol çəkiblər. Rəsmi hissə bitdikdən sonra gəlinlə bəy əsas zala gedib.
Şahzadənin, qolları uzun gəlinliyini "Dior" moda evi hazırlayıb. Lakin obrazın əsas detalı anası Kraliça Ranianın brilyant tacı olub. "Chaumet" zərgərlik brendinin imzasını daşıyan bu tac əvvəllər kral II Abdullahın anasına məxsus olub.
Qeyd edək ki, İmanın həyat yoldaşı nüfuzlu biznesmendir, o, 2015-ci ildə təsis etdiyi vençur kapitalı fondunun idarəedici tərəfdaşıdır. Toydan əvvəl o, adını şərti olaraq dəyişərək Cəmil seçib. Aleksandr Termiotis 1994-cü ildə Venesuelanın paytaxtı Karakasda anadan olub. Anası Korina Hernandez venesuelalı rəssam və fotoqraf, atası Aleksandros Termiotis isə yunan əsillidir. Onun babası 1952-ci ildə Karakasdakı Qalipan ticarət mərkəzində ilk "Dior" butikini açan iş adamı olub. Ola bilsin ki, İmanın gəlinlik seçimi də bununla bağlıdır, yeri gəlmişkən, kraliça Raniyə də bu moda evindən geyinib.
Aytən Məftun
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































