Dəb
Marlenin əfsanəvi bilərziyi satışa çıxarılacaq - FOTO
Kino ulduzu Marlen Ditrixin 1937-ci ildə "Van Cleef & Arpels" dən sifariş etdiyi və 1951-ci ildə Akademiya Mükafatları üçün taxdığı yaqut və brilyant "Jarretière" bilərziyi iyunun 7-də Nyu Yorkda "Christie" auksionunda satışa çıxarılacaq.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Bildirib ki, Ditrixin bilərziyi hərracın şəksiz ulduzu olmaqla yanaşı, ən yüksək qiymətləndirilən lotdur - 2,5-4,5 milyon dollar.
"Bu qolbaq bir çox cəhətdən əfsanəvidir. Ditrixin ən sevimli zərgərlik əşyalarından biri idi. O, onu Alfred Hiçkokun 1950-ci ildə çəkdiyi "Qorxu" filmində çox gözəl sərgiləmişdi və dizaynın nə qədər mükəmməl olduğunu təqdir edə bilərsiniz. Heç bir dövrə sığmır. Bu, art-deko zərgərlik deyil. Bu, retro zərgərlik deyil. Sadəcə yüksək qlamurdur. Bu, doğrudan da, özlüyündə bir sənət əsəridir”, - "Christie's"in vitse-prezidenti və zərgərlik üzrə mütəxəssisi Kleyburn Poindekster bildirib.
Bəlkə də onun maraqlı tarixçəsi belə bir unikal dekorasiyanın yaranmasına səbəb oldu. Ditrixin nəvəsi Peter Riva 1992-ci ildə qolbaq satışı zamanı "The New York Times"-a müsahibəsində bildirib ki, ulduza bütün zinət əşyalarını toplayıb inanılmaz bir parça hazırlamağı təklif edən Ditrixin sevgilisi, yazıçı Erix Mariya Remark olub.
Qolbaq 30 zərgəlik nümunəsindən - brilyant sırğalar, almaz boyunbağı, yaqut bilərzik və sırğalar, bir neçə yaxa sancağından ibarətdir.
Lui Arpelsin hazırladığı və "Jarretière" bilərziyi kimi tanınan sənət əsərində yastıq şəklində birma yaqutları və platində yuvarlaq, tək, düzbucaqlı və baget şəklində kəsilmiş brilyantlar istifadə olunub. Qolbaq 1992-ci ildə təxmin edildiyindən iki dəfə baha qiymətə - 990.000 dollara satılıb.
Bilərzik zərgərlik dünyasında o qədər əlamətdardır ki, "Van Cleef & Arpels" 2021-ci ildə orijinaldan ilhamlanaraq yeni bilərzik yaratmağa qərar verib.
Aytən Məftun
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi










.jpg)


.jpg)









.jpg)

.png)


.jpg)










