Dəb
Kiçik dəri mağazasından başlayan biznes- Necə oldu ki, moda imperiyasına çevrildi? - FOTO
"Gucci" müasir moda dünyasının ən nüfuzlu və avtoritetli markalarından biridir. Onu yalnız və yalnız "Christioan Dior", "Yves Saint Laurent", "Chanel" kimi markalarla müqayisə etmək mümkündür. Bir sözlə, "Gucci" xüsusi şarm, stil və mükəmməl zərifliyin simvoludur. Məhz buna görə, artıq 100 ildir ki, "Gucci" moda evinin adı moda və dizayn dünyasının açarı hesab olunur. Halbuki hər şey yalnız xəyallarla başlamışdı.
Publika.az oxucuları brendin maraqlı tarixi ilə tanış edir.
Arzulaırn izi ilə
19-cu əsrin sonları London, lüks "Savoy" oteli. Gənc italyan liftçi işləyir və alnının təri ilə pul qazanır, çünki ailə biznesi müflis olmuşdu. O da valideynləri kimi dəridən əşyalar hazırlamaq istəyirdi. Bu gənc hər gün yorulmadan çalışırdı, xüsusi ilə çanta və çamadanlar həmişə onun diqqət mərkəzində idi. Bir neçə ildən sonra oğlan işdən çıxarıldı, lakin o, üzülmədi və ikinci dəfə arzusunu reallaşdırmaq üçün İtaliyaya qayıtdı.
“Gucci”nin hekayəsi belə başladı və bu oğlan moda imperiyasının gələcək qurucusu Quççio Quççidən başqası deyildi. O, əvvəlcə atçılıq mallarının satıldığı kiçik bir butik açdı, işlər o qədər yaxşı getməyə başladı ki, yerli elita məhsullara aşiq oldu. Avropanın ən yaxşı atçıları yarışlarda məhz bu markanın geyimləri ilə çıxış edirdilər. Bundan sonra Quççio çeşidi genişləndirməyə, ona çantalar və retikullar əlavə etməyə qərar verdi. Yeri gəlmişkən, işin ilk günlərindən Quççio oğulları da onunla çiyin-çiyinə çalışdı. Məsələn, böyük “G” hərfi loqosunu yaratmaq ideyası Aldoya məxsusdur.
Onun açdığı kiçik mağaza sonradan bütün Avropada məşhurlaşdı. Florensiyalı dizaynerin hazırladığı aksesuarlar isə qısa müddət ərzində keyfiyyət rəmzinə çevrildi. Biznes inkişaf etdi, buna həm də əsgər çəkmələrinin istehsalı üçün bağlanan müqavilə kömək etdi. Lakin ayaqqabı istehsalından sonra çantalar üçün dəri qalmadı, odur ki, onlar başqa materiallar axtarmalı oldular. Kətan və donuz dərisindən ilk aksesuarlar bu şəkildə ortaya çıxdı və moda evinin vizit kartına çevrildi.
“Guccio”nun xəyal etdiyi biznes populyarlıq qazanırdı. 1947-ci ildə markanın ilk aksesuarı olan “Bamboo” çantaları buraxıldı. Daha sonra şahzadə Dianadan tutmuş Harri Stazlza qədər bütün məşhurlar onu sevdi.
Ata mirası
1953-cü ildə Quççio öldü və biznesi onun iki oğlu davam etdirdi. Aldo Amerika istiqamətinə, Rodolfo və oğlu Maurizzio isə Milan istiqamətinə cavabdeh idi. Aldonun oğlu Paolonun xüsusi rolu var idi. O da parfümeriya xətti ilə məşğul olsa da, “Gucci”nin ilk geyim kolleksiyasını yaradan məhz bu gənc oldu.
Ötən əsrin ortaları moda evi üçün çox uğurlu oldu. “Gucci” aksesuarları o dövrün ən məşhur filmlərində də göründü. Film ulduzları brendin paltar və ayaqqabılarını böyük məmnuniyyətlə geyinirdilər. 70-ci illərin əvvəllərində Aldo Los-Ancelesdə ilk “Gucci” butikini açdı və şəhərin əsas fəşn küçəsi olan Rodeo Drayvın əsasını qoydu.
Moda evini gözləyən faciə
80-ci illərdə hər şey dəyişdi. Rodolfo vəfat etdi və oğlu Maurizzio əmisi Aldo ilə uzun sürən hüquqi münaqişəyə başladı. Daha sonra həyat yoldaşı Patriçia Recani ilə problemlər də əlavə edildi. “Gucci evi” filmində bu hekayəyə yer verilib. Gəlirlərin aşağı düşdüyü bir dövrdə Maurizzio güllələndi.
Bununla belə, o, şirkət üçün bir sıra mühüm işlər görüb. Maurizzio yeni yaradıcı direktor vəzifəsinə Doun Mellonu təyin etdi. O, bu vəzifədə 5 il işlədi, sonra isə onu perspektivli gənc dizayner Tom Ford əvəz etdi və bununla da “Gucci” yeni bir dövrə qədəm qoydu.
İkinci bahar
Tom markanı əvvəlki şöhrətinə qaytarmaq istədi və uğursuz olmayan bir sxemdən istifadə etmək qərarına gəldi. O, “Sex Sells” (Seks satır) ifadəsini mütləq səviyyəyə qaldırdı. Kolleksiyalar səmimi oldu, reklam kampaniyalarında isə mümkün qədər seksuallıq ön plana çıxarılırdı. Məhz Ford seksuallıq haqqında açıq söhbətə başladı və sözün əsl mənasında hər şeyi nəsnələşdirdi.
Kuturye vəzifəsini tərk edəndə onun yerinə bir tələbə keçdi. Bir müddət nisbi sakitlik hökm sürdü, sonra yaradıcı direktor Alessandro Mikele oldu, o isə təxribatları Tom Forddan heç də az sevmirdi. Dizayner brendin əsas DNT kodlarını əsas götürdü, həm də müəllif üslubunu qoruyub saxlamaqla sələflərinin irsinə müraciət etdi.
Gucci keçən il 100 illik yubileyini qeyd etdi. Lakin bu, moda brendi üçün 2022-ci ilin yeganə vacib hadisəsi deyil. Alessandro Mikele kreativ dizayner postunu tərk etdikdən sonra məlum oldu ki, onun yerinə Sabato de Sarno keçəcək. Son Moda Həftəsindəki son kolleksiya bir qrup dizayner tərəfindən hazırlanıb və biz yeni kreativ direktorun debüt xəttini payızda görəcəyik. Sonrakı hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, əminliklə demək olar ki, "Gucci" bu gün də moda aləminin ən nüfuzlu markalarından biri olaraq qalır. Görünür, moda evini ancaq yeni maraqlı inkişaf mərhələsi gözləyir.
Aytən Məftun
-
Magazin120:35
Azərbaycanlı aktyorun toyundan görüntülər - VİDEO
-
Nəqliyyat20:15
Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı
-
Hadisə19:55
Bakıda intihar edən şəxs müəllim imiş - FOTO
-
Elm və təhsil19:05
Tələbələrə ŞAD XƏBƏR - Bakalavr müddəti 3 ilə endirilə bilər
-
Sosial17:30
Parlamentdə yeni təyinat: Deputat seçilən məmurun yerinə o gətirildi
-
Maraq dünyası16:30
Ən etibarlı beş bürc - Xəyanət onlara yaddır
-
Sosial15:28
Prezident ipoteka ilə bağlı fərman imzaladı: Nə gözlənilir?
-
Region14:56
Türkiyədə “3+3” platforması: İran Əraqçinin gələcəyini təsdiqlədi