Dəb
Bala məhəbbətindən doğan imperiya - FOTO
Eyniadlı moda evinin yaradıcısı Janna Lanvin 1867-ci il yanvarın 1-də anadan olub. O, uşaq modasının əcdadı hesab olunur. Bundan başqa Lanvin o dizaynerdi ki, keçən əsrin əvvəllərində dəb dünyasını çiçəkli paltarlara qərq edib.
Publika.az oxucuları bu dəfə “Lanvin” markasının yaranma hekayəsi ilə tanış edib.

Bala məhəbbəti
“Jeanne Lanvin” kasıb bir ailədə anadan olub. O, yeniyetmə papaqları sahiblərinə çatdırır və bu yolla pul qazanırdı. Məhz bundan sonra onun moda və aksesuarlara olan sevgisi böyüdü. 1889-cu ildə qız özünün papaq mağazasını açdı. Ancaq bir neçə il sonra Jannanın Marqaret adlı bir qızı dünyaya gəldi və hər şey dəyişdi. Körpəsinə aşırı bağlı olan bir ana kimi, Janna əlindən gələni edirdi ki, qızı dəbli və gözəl görünsün. Hətta yüngül və rahat uşaq paltarını ilk dəfə məhz onun üçün hazırlamışdı.
Paris elitası Marqaretin geyimlərini o qədər bəyəndi ki, eynisini sifariş verməyə başladı. Lakin artıq böyük ölçülərdə. Janna qızının paltarları əsasında qadın paltarları kolleksiyası tikdi - və o, böyük uğur qazandı. Sonra “Lanvin” uşaq xəttini işə saldı və beləliklə uşaq dəbinin yaradıcısı kimi tarixə düşdü. Ailə biznesinin əsası belə qoyuldu. Yeri gəlmişkən, brendin loqosunda ana və qızı – Janna və Marqaret təsvir olunub.

Çiçək fırtınası
Digər kutyurelər qadın bədən quruluşunu maksimum dərəcədə vurğulayan və rahat olmayan əlbisələr təklif etdiyi bir dövrdə, Janna öz yolu ilə getdi. Təbii gözəllik aşiqi olan dizayner artıq detallardan imtina etdi. Sözsüz ki, onun bu yanaşması diqqət cəlb etməyə bilməzdi. Lanvinin uğur düsturu belə idi: yumşaq korsaj + qabarıq ətəklər. 19-20-ci əsrlərin əvvəllərində bu cür geyimlər feminizmin bir növ təzahürü idi.
Markanın başqa bir fərqləndirici xüsusiyyəti çiçək naxışıdır və onun qızı burda da əsas ilhamverici qüvvə oldu. "Marqaret" adını "çobanyastığı" kimi tərcümə etmək olar, buna görə də qönçələr moda evinin əsas DNT-sinə çevrildi. Jannanın dünya üzrə səyahətlərindən gətirdiyi axıcı parçalar və siluetlə birləşən “Lanvin” geyimləri yeni qadınlığın təcəssümü oldu.
Yeri gəlmişkən, digər dizaynerlərdən fərqli olaraq, Janna rəsm çəkə bilmirdi. Onun işinin bütün eskizləri paltarlar tikildikdən sonra yaranırdı. Ancaq Jannanın bədii bacarıqlara ehtiyacı da yox idi, çünki qız müxtəlif fasonlar və parçalarla işləməyi çox gözəl bacarırdı.

“Lanvin” markası əsasən təsisçinin məhsuldarlığı sayəsində çox sürətlə inkişaf edirdi. O, qadınlar üçün ildə dörd kolleksiya buraxdı, həmçinin uşaq geyimləri, məişət əşyaları və ətir xətti üzərində işləyirdi. İndi biz bütün bu tendensiyaları brendlərdə görməyə öyrəşmişik, lakin ötən əsrin əvvəllərində belə bir dəb imperiyası qurmaq asan deyildi.
İkinci nəfəs
Jannanın ölümündən sonra markanın idarəçiliyi qızına miras qaldı. Təəssüf ki, Marqaretin uşaqları olmadı. Onun ölümündən sonra moda evi onilliklər ərzində gözdən düşdü. Və yalnız Alber Elbaz 2000-ci illərin əvvəllərində ona yeni nəfəs gətirdi.


O, kolleksiyaların yaradılmasında Jannanın prinsiplərinə sadiq qaldı: dizayner qadın gözəlliyini vurğulayan parçalara, onların keyfiyyətinə və kəsimlərə xüsusi diqqət yetirirdi. Bir çiyinli və dərin V-yaxalı maksi paltarlar onun sevimli fasonlarına çevrildi. Düzdür, kolleksiyalardakı çiçəklər öz yerini parıltıya verdi. Amma qeyd etmək lazımdır ki, bunu o dövrün tendensiyaları tələb edirdi.
İndi “Lanvin”in sükanı arxasında Jannanın işini uğurla davam etdirən yaradıcı direktor Bruno Sialelli dayanır. Məsələn, ən son kolleksiyalardan birində o, simvolik çobanyastığı printlərinə müraciət etdi ki, bu da Marqaretin xatirəsinə bir növ hörmət və ehtiram əlamətidir.

Aytən Məftun
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi










.jpg)

.jpg)










.jpg)

.png)


.jpg)










