Dəb
Yazın ən romantik tendensiyası - FOTO
Dəbin tsiklik təbiətinin daha bir sübutu olaraq, çokerlər moda arenasına yenidən qayıtdı. Əgər bir neçə il əvvəl həcmli, qiymətli daşlarla bəzədilmiş nazik krujeva çokerlər taxırdıqsa, bu yazın ən dəbli titulu uğrunda çiçəkli çokerlər mübarizə aparacaq.
Publika.az xəbər verir ki, nazik lentlərə bərkidilmiş həcmli güllər yazın ən romantik trendi ola bilər. Qızılgül çokerləri artıq həm influenserlər, həm də dünya ulduzları böyük məmuniyyətlə boğazına bağlayır və ən müxtəlif obrazlarını onların sayəsində tamamlayırlar.
Güllü çokerlərin ən məşhur modeli nazik bir krujeva və ya lent üzərinə əlavə olunmuş qara güldür. Çiçəyi boynun yan tərəfinə və ya tam ortasına qoyaraq, sadəcə boyun ətrafında bağlamaq kifayətdir. İstənilən geyimi belə aksessuarla tamamlamaq olar: o, kostyum, dərin dekolteli zərif paltar, seksual bir korset, hətta klassik ağ köynəklə əla görünəcək. Əsas odur ki, sonuncunun yaxası boynunuza sərbəst şəkildə bir çoker bağlamağa imkan versin.
Ancaq çiçəyin qara olması mütləq deyil. Zövqünüzə uyğun istənilən rəng seçin. Bununla belə parlaq bir çöker seçmisinizsə, obrazı elə tərtib etməyə çalışın ki, aksesuar yeganə cəlbedici detal olsun. Əks halda, bəzək gülünc görünəcək və dəsti korlayacaq.






-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































