Dəb
Eleqantlıq rəmzi yenidən dəbdə - FOTO
Ənənəvi qadın geyimləri gözlənilmədən moda arenasına geri döndü və beləliklə "oversize"lərin yerini əsl ledi tərzi aldı. Ledi tərzi dedikdə, buraya yubkalar, kokteyl libaslar və təbii ki, tvid pencəkləri aid etməsək olmaz. Koko Şanel tvid kostyumları Parisin yüksək cəmiyyətinə geyindirdiyi vaxtdan bəri onlar status və zərifliyin qeyri-rəsmi simvoluna çevrildilər. Ancaq tvid pencək geyinmək üçün keçən əsrin ortalarında Fransanın paytaxtında yaşamaq lazım deyil.
Publika.az xəbər verir ki, onlar yenidən mövsüm trendləri arasında yer alıb. Tvid pencəklər gündəlik görünüşə mükəmməl uyğunlaşacaq və sizi əsl xanıma çevirəcək. Hara getməyinizdən asılı olmayaraq, onlar istənilən obraza asanlıqla uyğunlaşacaq. Onu şalvarla ofisə və ya belinizi vurğulayan zərif donla görüşə geyinə bilərsiniz. Qısa yubka və stiletto kombinasiyası isə teatra getmək üçün mükəmməldir. Əlbəttə ki, mirvari haqqında unutmaq olmaz, belə bir aksessuar tvid materialı effektiv şəkildə tamamlayacaq. Bununla belə, kanonik ledi imicindən yorulmusunuzsa, sizə pencəyi cins şalvarla birləşdirməyi təklif edirik. Bu birləşmə instaqramın fəşn qəhrəmanları arasında çox populyardır.
Doğru pencəyi seçmək asandır. Qarderobunuzdakı hər hansı bir paltarla uzlaşayacağından əmin olmaq üçün əsas rəng sxeminə üstünlük verin. Sözsüz ki, qara və ağ ölməz klassikdir. Bu seçim banal görünürsə, digər çalarlara diqqət yetirin - qırmızı, çəhrayı və ya mavi. "Chanel" üslublu pencəyin uzunluğu ombadan aşağı olmamalıdır.







-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















