Dəb
Qadınları incə və xanım-xatın göstərən tərz yenidən gündəmdə - FOTO
Son vaxtlara qədər belə görünürdü ki, qadına xas geyim tərzi həmişəlik dəbdən düşüb. Dizaynerlər vaxtaşırı onun bəzi elementlərini sınaqdan keçirirdi, lakin bir qayda olaraq istehzalı şəkildə. Ancaq son Moda Həftələrindən sonra hər şey dəyişdi.
Publika.az xəbər verir ki, 2023\2024-ci illərin payız-qış mövsümünün trendləri arasında ledi tərzi liderlik edir. "Tagwalk" platformasının da məlumatına görə, keçən ilin payız mövsümü ilə müqayisədə bu il "ladylike" təq ilə işarələnmiş fotolar artıb. Bəs "ladylike" dedikdə nə başa düşülür? Qadınları incə və xanım-xatın göstərən hər şey. Dar paltarlar, belin incəliyini önə çıxaran kostyumlar, hündürdaban ayaqqabılar, uzun "opera" əlcəklər, kiçik torlu çantalar, zərif papaqlar və s.
Kristian Diorun icad etdiyi “New Look” üslubu da həmin tərzin təcəssümüdür. Onun ən müasir versiyası yenidən aktualdır. Ən maraqlısı odur ki, son Moda Həftələrində uzun müddət sonra ilk dəfə olaraq dizaynerlər bu üsluba üz tutdular. "Balmain", "Balenciaga", "Carolina Herrera", "Miu Miu", "Saint laurent" kimi moda evləri bu ideyanı daha da inkişaf etdiriblər.
Bəs dizaynerləri qadın zərifliyini xatırlamağa nə vadar etdi? Yəqin ki, çılğın dünyamızda müəyyən sabitlik axtarışı. Biz elə bir dövrdə yaşayırıq ki, təməllər bir-birinin ardınca dağılır və ən yaxşı halda yaxın bir neçə həftənin planını qura bilirik. Qeyri-sabitlik dövrlərində isə hamımız əbədi dəyərlərə müraciət edirik və bu, bizə ən azı ətrafda baş verənlərin normal olduğunu hiss etdirir. Odur ki, çox dar qələm ətəklə bər-bəzəkli bluz qadın zərifliyini geri qaytarmağa və köhnə dəyərləri xatırlamağa kömək edirsə, niyə də onlara müraciət etməyəsiniz?
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















