Dəb
Ancelina Ağ Evdə stili ilə göz qamaşdırdı - FOTO
Ancelina Coli oğlu Maddoks ilə Ağ Evdə ziyafətə qatılıb.
Publika.az xəbər verir ki, bu gün ABŞ prezidenti Co Bayden Cənubi Koreya prezidenti Yon Sok-Yeol və onun həyat yoldaşı Kim Kon Xini ABŞ və Koreya Respublikası arasında birliyin 70-ci ildönümünü qeyd etmək üçün qəbul edib.
Ancelina Coli bu qəbula ağ şifon libasda təşrif buyurub, üzərinə isə "Chanel"in pencəyini geyinib. Saçlarını açıq qoyan aktrisa obrazını ənənəvi qırmızı pomada ilə tamamlayıb. Onun ağ dəsti bəyənilsə də, saç rəngini sarıya dəyişməsi bəyənilməyib.
Məlumat üçün bildirək ki, Ancelina Colinin 2002-ci ildə övladlığa götürdüyü oğlu Maddoks Seuldakı Yonsey Universitetində oxuduğu Cənubi Koreyadan qayıdıb. Jurnalistlərin dediyinə görə, o, biokimya və Koreya dilini öyrənib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən dərslər onlayn formata keçdiyi üçün Maddoks ABŞ-a qayıtmalı olub.


-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















