Dəb
Hollivud gözəlləri valehedici libaslarda - "Met Gala"dan FOTOLAR
Təxminən yarım əsrdir ki, Nyu Yorkda mayın 1-də işıqlar həmişəkindən daha parlaq olur. Məhz bu gün dünya şou-biznesinin əsas ulduzları Metropoliten Muzeyinə toplaşır: Anna Vinturun ciddi rəhbərliyi altında məşhurlar bir-birinin ardınca ən ekstravaqant dizayner geyimləri ilə xalıda addımlayırlar. Milyonların kumirlərinin ən azı bir neçə ay əvvəlcədən hazırlaşdığı kostyum qalası bir neçə gün sosial mediada müzakirə olunur. Bu ilki "Met Gala" xüsusilə səbirsizliklə gözlənilirdi, səbəb odur ki, tədbirin növbəti mövzusu Karl Lagerfeldə həsr olunmuşdu.
Publika.az xəbər verir ki, qalada həm "Chanel" moda evinin arxiv geyimləri, həm də moda əfsanəsinin yaradıcılığının modernləşdirilmiş versiyaları, hətta uğursuz geyimlərinin sərgilənməsi proqnozlaşdırılırdı. Və gözlənildiyi kimi də oldu, hər üç kateqoriyada geyimlərə rast gəlmək mümkün idi.
Gecədə təmtəraqlı libasları ilə göz oxşayan ulduzlar arasında Cenniger Lopez, aktrisa Penelopa Kruz və Marqot Robbi, modellərdən İrina Şeyk, Naomi Kempbell, Cici Hadid, Keyt Moss, Jizel Bündxen, Kara Delevin, Salam Hayek, müğənni Dua Lipa, Rihanna, Nikol Kidman və başqaları olub.
Pərəstişkarı Cennifer Lopezin gecəyə həyat yoldaşı Ben Affleklə birlikdə qatılacağını gözləsə də, naməlum səbəblərdən ulduz keçidə tək çıxıb. Ceylo hər zamankı kimi hamıdan daha parıltılı görünməsinə baxmayaraq, pərəstişkarlarının nəzərindən onun kədərli olması qaçmayıb.
Gecəyə Lagerfeldin sevimli modeli Cici Hadid də qatılıb. Çoxları "Chanel"in vintaj libaslarına üstünlük versə də, Cici "Givenchy" brendi imzalı dəst seçib.
Nikol Kidman, Keyt Moss, Enn Dua Lipa, Karla Bruni, Nikola Peltç, Emili Ratakovski, Enn Heteuey, Kara Delevin, Rita və Keyt Urban axşamın ən yaxşı geyinən ulduzları seçiliblər.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















