Dəb
2000-ci illərin əfsanəvi trendi geri döndü - FOTO
Əsrin başlanğıcında trend olan aşağı belli şalvarlar, kəpənək toplar və mavi göz kölgələri bu il gözlənilmədən yenidən dəbə geri döndü. Bütün bunlar həm o trendləri sınaqdan keçirən nəsildə nostalji yaşatdı, həm də 2000-ci illərdə dünyaya göz açan Z nəslinin böyük sevgisini qazandı. Əgər o dövrün estetikasını unutmamısınızsa, paraşüt şalvar tendensiyası sizi də mütləq cəlb edəcək.
Publika.az xəbər verir ki, genişliyinə görə paraşüt adlanan şalvarlar bu il yenidən populyarlıq zirvəsindədir.
Dünya şöhrətli modellər - Bella Hadid və Heyli Biber xüsusilə paraşütə bənzəyən xışıltılı parçadan hazırlanmış boş şalvarları çox sevdi. İnternetdə məşhurların onlarla paraşüt şalvarlarlı obrazlarına rast gəlmək olar. Üstəlik podium gözəlləri bu modeli müxtəlif üsullarla tərtib edirlər. Ən yaxşı və asanı paraşütlərin toplarla birləşməsidir. Bu kombin vizual olaraq beli daraldır və boyu uzadır. Şəhərdə qarnı açıq gəzmək istəmirsinizsə, topun üstünə böyük ölçülü düyməli köynək, soyuq havada isə pencək və ya vetrovka geyinə bilərsiniz. Hər ikisi şalvarlarla fərqli və gözəl uyğunluq təşkil edəcək.
Ümumiyyətlə, paraşüt şalvarları demək olar ki, hər şeylə birləşdirilə bilər. Bütün gün özünüzü ev geyimindəki kimi rahat hiss edə biləcəyiniz sadə geyim axtarırsınızsa, paraşüt şalvarınızı sıradan bir köynək və sevdiyiniz idman ayaqqabınızla birləşdirmək kifayətdir. Sərin yaz və yay axşamlarında üzərinizə kapüşon atın. Eksperimentlərdən qorxmayan modapərəstlərə stilistlər "paraşütləri" dekolteli və yarıqlı bodilərlə və hündürdaban sandallarla geyinməyi məsləhət görür. Gözəl, təsiredici, cəsarətli və ən əsası 2000-ci illər ruhundadır.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















