Dəb
Kraliça yaşıl geyimi ilə diqqət mərkəzində - FOTO
Hələ fevral ayında xəbər vermişdik ki, laym yaşılı yaz-yay mövsümünün trend rənglərindən biri olacaq. Gözlənildiyi kimi də oldu. Bir çox dünya ulduzu, tanınmış ictimai xadimlər və digərləri bu xoş rəngi böyük məmnuniyyətlə qarderoblarına dərhal əlavə etdilər.
Publika.az xəbər verir ki, bu yaxınlarda bunun bariz nümunəsini İspaniya kraliçası Letiziyanın timsalında görə bildik. Yaratdığı hər bir obrazı ilə xanımlara ilham verən kraliça bu dəfə də ənənəsinə sadiq qaldı. Kral Çarlzın tacqoyma mərasimindən əvvəl qonaqlar üçün təşkil olunmuş tədbirə qatılan kraliçanın ziyafət geyimi xüsusilə diqqət cəlb edib. O, Britaniya dəbinə hörmət əlaməti olaraq “Victoria Beckham”ın məşhur libasını seçib. Paltarın özü olduqca sadə olsa da, rəng sayəsində çox təsirli görünür. O, obrazını sapfir və brilyant qaşlı sırğa və bilərziklə, həmçinin bantik şəklində yaxa sancağı ilə tamamlayıb. Paltarın satış qiyməti isə 1000 avrodur.
Lakin gözəl əlbisəni ilk və son geyinən kraliça Letiziya olmayıb. Sözügedən geyimi Paris moda həftəsi çərçivəsində “Viktoriya Bekhem”in dəfiləsində ilk dəfə model Bella Hadidin podiumda nümayiş etdirmişdi. Daha sonra paltarı Viktoriyanın öz əynində gördük. Növbəti alıcı model Kendal Jenner oldu. O da tədbirlərin birində çıxışı üçün məhz bu geyimi seçmişdi. Paltarın son alıcılarından biri də türkiyəli aparıcı Burcu Əsmərsoy olub.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















