Dəb
Ancelinadan modapərəstlərə ŞAD XƏBƏR
Ancelina Coli "Atelier Jolie" adlı şəxsi moda evinin fəaliyyətə başladığını elan edib.
Publika.az xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat verib.
"Bu gün mən yeni bir işə - kollektivə start verirəm, burda hər kəs nə isə yarada bilər. "Atelier Jolie" dünyanın hər yerindən bacarıqlı dərzilər, biçicilər və sənətkarlarla əməkdaşlıq edəcək yaradıcı insanların toplaşdığı bir yerdir. İllərlə işlədiyim dərzilərə və sənətkarlara dərin hörmət, həmçinin özünüifadə hərəkatının bir hissəsi olmaq arzusu məni buna gətirib çıxardı", - Coli postunda yazıb.
Bildirilib ki, moda evinin müştəriləri paltarların dizaynını özləri hazırlayacaq, dərzilər komandası isə öz ideyalarını təcəssüm etdirəcək.
"Özünüz yarada bildiyiniz halda niyə sadəcə başqasının dizaynını alırsınız? Hamımız başqalarının dizaynlarını toplaya, qiymətləndirə və onlardan ilham ala bilərik. Amma özünü ifadə etməyin ən yüksək forması özünüz üçün yaratmaqdır", - aktrisa sözlərinə əlavə edib.
Geyimlər vintaj parçalardan, eləcə də yüksək keyfiyyətli vintaj materiallardan hazırlanacaq. "Siz şkafınızda canlandırmaq istədiyiniz əşyanı bərpa edə, əyninizdə daha yaxşı oturması üçün onu təkrar emal edə, atılmış ola biləcək bir şeyə yeni nəfəs verə və ya şəxsi əhəmiyyət kəsb edən bir ailə yadigarını yarada bilərsiniz" , - kino ulduzu xüsusi vurğulayıb.
Aktrisanın sözlərinə görə, təkrar emal edilmiş və vintaj materiallardan istifadə edən dərzilərin onlayn resursunu işə salmaq niyyətindədir. Onun bir ildən artıqdır ki, bu layihə üzərində çalışdığı məlum olub.
Ancelina Colinin vintaj məhsullarına böyük marağı olduğu yeni xəbər deyil, o, övladlarına da tez-tez vintaj parçalar almağı xoşlayır. Bundan başqa, aktrisanın qızları tez-tez onun qarderobundan paltar geyinirlər.
Aytən Məftun
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















