Dəb
Dünya gözəli Kann Festivalında Azərbaycan brendindən geyindi - FOTO
Bu günlərdə məşhur film festivalının keçirildiyi Kanda baş verənləri böyük maraqla izləyirik. Əlbəttə ki, dəb şoularını qaçırmaq olmaz. Dünya və Avropa kino ulduzlarının yeni filmlərin premyeraları üçün seçdiyi obrazlar böyük maraq doğurur. Festivallar Sarayının qırmızı xalçası həqiqətən başqalarına bənzəmir.
Publika.az xəbər verir ki, 18 May axşamı festivalın bütün qonaqları gecədə göz qamaşdırıb.
Bu dəfə premyerada “İndiana Cons və taleyin çarxı” filmi olub. Bu, dünyanı zaman-zaman şərdən xilas edən arxeologiya professoru Henrinin İndiana Cons haqqında film franşizasının beşinci və sonuncu hissəsidir. Ceyms Menqoldun rejissorluğu ilə lentə alınan filmdə baş rolu Harrison Ford canlandırıb. Bu filmin çəkilişləri zamanı Fordun 80 yaşı tamam olsa da o, çox böyük məmnuniyyətlə layihədə rol alıb. Formaya girmək və qəhrəmanına uyğunlaşmaq üçün o, müntəzəm olaraq 60 km-dən çox velosiped sürüb və gəzib.
Premyerada Harrisonu həyat yoldaşı Kalista Flokhart müşayiət edib. Onlar 20 ildən artıqdır ki, birlikdədirlər və son illərdə nadir hallarda ictimaiyyət qarşısına çıxırlar. Odur ki, bu axşam həqiqətən xüsusi hesab edilə bilər.
Kann Film Festivalının daimi iştirakçısı və Bollivudun ən gözəl aktrisalarından biri olan Ayşvariya Rainin qəribə obrazını qeyd etməmək mümkün deyil. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi seçilən məşhur, fotojurnalistlərin qarşısına Azərbaycan brendi "Sophie Couture"un inanılmaz geyimində çıxıb. Obrazın nə qədər uğurlu alınıb-alınmadığı müzakirələrə səbəb olsa da, bu, ölkəmiz adına həqiqətən əlamətdar hadisədir. Geyimin müəllifi dizayner Günel Babayevadır.
Karli Kloss, Kelli Ruterford, Karolin Daur, Viktoriya Bonya, Adriana Lima, Meryem Uzerli və başqaları gecənin qonaqları arasında olub.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur















.jpg)




















