Dəb
Hadisə bu dəfə alt geyimində səhnəyə çıxdı - VİDEO
Bir-birinin ardınca müxtəlif şəhərlərdə böyük konsert proqramları ilə çıxış edən müğənni Hadisə daha bir layihəyə imza atıb.
Publika.az xəbər verir ki, sənətçi 19 May tarixində reper Murda ilə səhnəyə çıxmış və onların səmimi görüntüləri müzakirələrə səbəb olmuşdu. Hər iki məşhur dost olduqlarını desə də, iddia olunur ki, onlar sevgi münasibətlərini hələlik gizli saxlamağa üstünlük verirlər.
Bu gün isə sosial mediada Hadisənin restoranların birində baş tutan növbəti konsertinin kadrları yayılıb. Səhnə kostyumları ilə hər zaman fərqlənən ifaçı bu dəfə də cəlbedici geyimdə səhnəyə çıxıb. O, gümüşü dekorlarla işləmiş bodinin üzərindən zərli tül parçadan tikilən qısa bir ətək geyinib. Ətəyin arxa hissəsi örtülü olsa da, ön tərəfinin şəffaf olması diqqətdən qaçmayıb.
"Çox xəstə idim. 19 Mayda baş tutan konsertdən əvvəl özümü yaxşı hiss etmədiyim üçün sistem vuruldu, konsertdən çıxıb evə getdikdən sonra yenə sistem vurdurmalı oldum. Səhəri gün boynum tutulmuşdu, heç cürə hərəkət edə bilmirdim, səhər həkimim gəldi boynumu açdı. İndi səhnədəyəm və özümü çox yaxşı hiss edirəm", - ulduz səhnədə olarkən bildirib.
View this post on Instagram
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)

























