Dəb
Kannda ulduzların heyranedici çıxışları - FOTO
Dünən Kannda kino festivalının 6-cı günü baş tutub, bu dəfə ulduzlar “İstiqamətləndirici” filminin premyerasına yığışıblar.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, festival getdikcə daha çox qızışır və daha çox qonaq-qaralı olur. Ötən gün bütün diqqətlər baş rollarda Cud Loi və Alisiya Vikanderin oynadığı yeni "İstiqamətçi" əsərinə yönəlib. Ekran işinin rejissoru Kərim Aynuzdur.
Alisiya Vikander premyeraya əri Maykl Fassbenderin müşayiəti ilə gəlib, bu, toplanan fotoqraflar və jurnalistlər üçün böyük uğurdur. Məsələ burasındadır ki, ulduz cütlük əslində sosial həyata üstünlük vermir, həm də paparatsilərdən məharətlə gizlənirlər. Onlar altı ildir evlidirlər və birgə fotoları demək olar ki, yox dərəcəsindədir. Qırmızı xalça üçün "Louis Vuitton"dan paltar seçən aktrisa tədbir boyu sevgi dolu gözlərini Maykldan çəkməyib.
Lakin İrina Şeyk qırmızı xalçaya çıxan kimi hamı bu cütlüyü unudub. Məsələ burasındadır ki, o, "Armani Prive"dan olan X şəklində braleti və uzun ətəkli qəhvəyi dəri geyimi ilə bütün diqqətləri öz üzərinə çəkə bilib. Model obrazını brilyant boyunbağı ilə bəzəyib, lakin bütün diqqət top modelin qarın əzələlərinə yönəlib.
Daha sonra xalıda məşhur model Cici Hadid görünüb. O, "Zac Posen" imzalı libası ilə kameralar qarşısına keçərək poza verib.
Qonaqlar arasında həmçinin Fransanın keçmiş birinci xanımı Karla Bruni də olub.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur















.jpg)




















