Dəb
Cennifer Kanna möhtəşəm cazibədarlıq gətirdi - FOTO
Xəbər verdiyimiz kimi, Fransada Kann Beynəlxalq Film Festivalının dünən altıncı günü baş tutub. Festival çərçivəsində həm də “Çörək və qızılgüllər” sənədli filminin nümayişi keçirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, layihənin prodüseri kimi çıxış edən Cennifer Lourens həm gündüz keçirilən foto sərgini, həm də axşam baş tutan qala gecəsini ziyarət edib. Fotoqrafların qarşısına aktrisa birinci "Dior"un boz trikotaj libasında çıxıb. Tor çimərlik geyimini xatırlatsa da, aktrisa onu əynində çox gözəl daşıya bilib.
Axşam premyerası üçün də o, yenə "Dior"u və markanın yeni kolleksiyasından alqırmızı libasını seçib. Gündüz saçlarını klassik toppuz şəklində yığan Cennifer ikinci obrazında əksini etmək qərarına gəlib. O, yerə qədər uzanan qırmızı libasını brilyant boyunbağı ilə tamamlayıb. Bir sözlə, onun hər iki obrazı festivalın ən yaddaqalan çıxışlarından olub.
Sahra Maninin “Çörək və qızılgüllər” sənədli filmi Kann kinofestivalının xüsusi proqramına daxil edilib. Film 2021-ci ilin avqustunda Kabilə nəzarəti ələ keçirən Taliban nəzarəti altında yaşamağa məhkum olan əfqan qadınların həyatından bəhs edir.
Sahra Maninin özü Taliban hakimiyyətə gələndən sonra Əfqanıstandan qaçıb və hazırda Avropada yaşayır.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur















.jpg)




















