Dəb
Rozi ilhamverici zərifliyi ilə hər kəsi heyran etdi - FOTO
Kann Film Festivalı tam sürətlə davam edir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kann Film Festivalının yeddinci günündə Cessika Hausnerin “Club Zero” filminin təqdimatı keçirilib.
Süjet sadədir - gənc müəllim imtiyazlı məktəbdə işə düzəlir və burada yemək pozğunluğu olan beş şagirddən ibarət gizli klub təşkil edir. Tədricən hadisələr təhlükəli vəziyyətə düşür. Bundan nə çıxacaq - daha sonra öyrənəcəyik. Amma hələlik əminliklə deyə bilərik ki, əsas rollardan biri olan Mia Vasikovskanın oynadığı ekran işinə baxmağa dəyər.
Qırmızı xalının qonaqları arasında böyük ölçülü model Eşli Qrem də olub. Çox uşaqlı ana gözəllik standartlarına uyğun gəlməsə və 90-60-90 parametrlərinə sahib olmasa da, moda sənayesinin qanunlarını çoxdan qırıb. Kanndakı premyera model "Dolce & Gabbana"nın buludlara bənzəyən və yorğanı xatırladan libasını geyinib. Lakin Kamera qarşısına keçib fotoqraflara poza verməyə çalışan modeli geyimi pis vəziyyətdə qoyub. O, yıxılmaqdan son anda xilas olub.
Viktoriya Bonya dünən qırmızı xalçada görünməsə də, onun yaşıl libası yenidən premyerada görünüb. Bu dəfə "Ziad Nakad" imzalı geyimi hindli aktrisa və model Urvaşi Rutela nümayiş etdirib.


Gecədə həmçinin Rozi Hantinqton-Uaytli, Nilam Gill, Jasmin Tuks, Amandi Petit və başqaları olub.Xüsusilə məşhur model Rozi Hantinqton-Uaytli hər zaman olduğu kimi, bu dəfə öz zərifliyi sayəsində seçilməyi bacarıb.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur















.jpg)




















