Dəb
Skarlett ilə əri festivalın əsas ulduzu oldu - FOTO
Kann kinofestivalının növbəti premyerası Ues Andersonun “Asteroidlər şəhəri” filmi olub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ekran işi 1955-ci ildə minlərlə il əvvəl asteroidin düşməsindən sonra qalan kraterin yaxınlığında yerləşən kiçik uydurma şəhərcikdən bəhs edir. Hər il bu yerdə gənc astronomların toplantısı keçirilir, burada tələbələr, onların ailələri, müəllimlər, həmçinin hərbçilər iştirak edir. Lakin hadisələr qəfil dəyişir. Filmdə Ceyson Şvraçman, Skarlett Yoxanson, Tom Xenks, Tilda Suintson, Edrian Broudi və başqaları çəkilib.
Bu il münsiflər heyətinin üzvlərindən biri olmuş Bri Larson festivalda "Chanel"in bu ilki kutyur kolleksiyasından olan paltarında poza verib. Uma Turman və İtan Houkun qızı Maya "Prada" imzalı paltarda fotoqrafların qarşısına çıxıb. Qırmızı xalıda o, müqavimət göstərə bilməyib və Rupert Friend ilə rəqs etməyə başlayıb.
Tina Kunakinin festivala gəlişi isə xoş sürpriz olub. "Alaia" paltarında poza verən modal bu dəfə tədbirdə həyat yoldaşı Vensan Kasselsiz gəlib.
Festivala həyat yoldaşı Colin Costla qatılan aktrisa Skarlett Yohanson isə "Prada" imzalı çəhrayı libası ilə göz qamaşdırıb. Aktrisanın həyat yoldaşına sevgi dolu gözlərlə baxması və əzizləməsi xüsusilə diqqət çəkib. Ən mraqlısı odur ki, aktrisa ərinə baxarkən həmin axşam festivala toplaşan bütün kişilər heyranlıq dolu gözlərlə aktrisaya baxırdılar.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur















.jpg)




















